ADA Library Digital Repository

Teaching resources and training materials

Teaching resources and training materials

 

Hal-hazırda təhsil sahəsində inkişafına xüsusi diqqət ayrılan sahələrdən biri müəllim hazırlığıdır. Öyrənənlərin inkişafında müəllimin rolu böyükdür. Buna baxmayaraq Azərbaycanda müəllim hazırlığı proqramlarında ciddi çatışmazlıqlar var. Müəllimlər təhsil alanlarda analitik təfəkkür və yaradıcı düşünmək bacarıqlarını stimullaşdırmaqda çətinlik çəkirlər. Fənn üzrə dərin biliklərə sahib olmaları kifayət deyil, müəllimlərin müxtəlif metodlardan, şagird yönümlü yanaşmalardan və aktiv öyrənmə metodlarından da istifadə etmələri eyni dərəcədə vacibdir. Müəllim hazırlığının keyfiyyətini müəllimlərin siniflərində istifadə etdikləri innovativ yanaşmalar və müxtəlif qiymətləndirmə metodlarından istifadə göstərir. Bu səbəblərə əsaslanaraq ADA Universiteti region məktəblərində işləyən müəllim və direktorlar üçün “Bir Müəllimin Manifesti” ixtisasartırma proqramını təqdim edir. Kredit əsaslı təhsil proqramında regionlardakı orta məktəblərin müəllim və direktorları iştirak ediblər. Proqram əyani və distant formatda aparılıb. Əyani formatda proqram Bakı Dövlət Universitetinin Qazax filialında (ilk ilində), ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində keçirilib. Proqramda aşağıda qeyd edilən fənlər tədris olunub: 1. Müasir tədrisin əsasları (əyani və distant); 2. Tədqiqat metodları və tətbiqi tədqiqat (əyani və distant); 3. Müəllim və liderlik (əyani və distant); 4. Akademik yazı (əyani və distant); 5. İngilis dili (distant). Bu fənlərin tədrisi oktyabr, noyabr, dekabr, fevral və mart aylarının ilk həftəsində (4-5 gün ərzində, həftəsonu daxil olmaqla) əyani olaraq aparılıb. Digər vaxtlar isə fənlərin tədrisi distant şəkildə ADA Universitetinin “Blackboard” öyrənmə platforması üzərindən həyata keçirilib. Proqram ADA Universitetinin aparıcı professor-müəllim heyəti tərəfindən keçiriləcək və Azərbaycan dilində tədris olunub. Vaşinqton proqramı — proqramın ABŞ-da keçirilən hissəsi 10 həftə üçün nəzərdə tutulub. Bu müddət ərzində proqram iştirakçıları ADA Universitetinin Vaşinqton Mərkəzində təşkil olunan seminar, mühazirə və konfranslarda iştirak edib, müxtəlif yerli məktəb, kollec və universitetlərə gedib, Vaşinqtonda keçirilən tədbirlərdə iştirak edib, muzey və mədəniyyət abidələrində olub, ingilis dilini təkmilləşdirib və ABŞ-ın təhsil sistemindəki mövcud qabaqcıl nümunələrlə tanış olublar. Proqram iştirakçılarının seçim meyarları: Proqramda ADA Universitetinin əməkdaşlıq etdiyi məktəblərlə yanaşı, digər region məktəbləri də iştirak ediblər. Bu ixtisasartırma proqramında iştirak etmək üçün Bakı və Sumqayıt şəhərləri istisna olmaqla, Azərbaycanın digər şəhər və rayonlarında yerləşən, azı 3 il pedaqoji təcrübəsi olan orta məktəb müəllim və direktorları müraciət ediblər. Üstünlük fənn müəllimləri və fənn tədrisi ilə məşğul olan məktəb direktorlarına verilib. Yekun seçim müsahibə əsasında aparılıb.

Recent Submissions

  • Babayev, İqbal (“Zərdabi Nəşr” MMC nəşriyyat evi, 2020)
    Layihələrin idarə edilməsi (ing. Project Management) kitabında layihələrin idarə olunması prinsipləri, təriflər və anlayışlar, metodlar və struktur modellər, innovasiya və kreativ texnologiyalar, Layihələrin İdarə Edilməsi ...
  • Məhərrəmov, Qoşqar; Əliyev, Dadaş; Abaslı, Könül; Məmmədov, Rza (Mücrü nəşriyyatı, 2021)
    Bu kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi” çərçivəsində həyata keçirilən layihə əsasında hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət ...
  • Məhərrəmov, Qoşqar; Fəttayev, Fəttah; Pirverdiyeva, Könül; Məmmədov, Rza; Mənsimi, Cəfər (Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2022)
    Vəsaitin hazırlanmasında məqsəd müəllimlərə peşəkar inkişaf dəstəyi göstərmək, onları sinif idarəetməsi nəzəriyyələri, strategiyaları ilə tanış etmək, bu və ya digər situasiyanın motivlərini düzgün müəyyənləşdirmək və həmin ...
  • Axundova, N. F. (“İqtisad Universiteti” Nəşriyyatı, 2014)
    Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə edir. Vəsaitdə insan davranışı və təşkilatın idarə edilməsinin nəzəriyyə və metodları nəzərdən keçirilir, insanın əmək şəraitin də davranışına dair olan ...
  • Əyyubova, Natəvan Soltan qızı (İqtisad Universiteti, 2014)
    Azərbaycan Respublikasının suverenliyinin 1991-ci ildə bərpa olunduğu və dövlətin müstəqil sosial-iqtisadi siyasət yeritdiyi bir şəraitdə, respublikanın ictimai-iqtisadi həyatında baş verən köklü dəyişikliklər haqqında ...
  • Muradov, P. (İqtisad Universiteti, 2010)
    Azərbaycan Respublikasının suverenliyinin 1991-ci ildə bərpa olunduğu və dövlətin müstəqil sosial-iqtisadi siyasət yeritdiyi bir şəraitdə, respublikanın ictimai-iqtisadi həyatında baş verən köklü dəyişikliklər haqqında ...
  • Jerar, Fransua-Mari; Rojye, Ksavye; Bosman, Kristian; Oyos, Jorj; Yujen, Jorj (AB OVO, 2022)
    Kompyuter, audio-video və digər təhsil vəsaitlərinin əsl canlanmasının baş verdiyi müasir dövrdə məktəb dərsliyi hələ uzun müddət ərzində ən geniş yayılan və, şübhəsiz ki, ən səmərəli təhsil vəsaiti olaraq qalacaqdır. ...
  • RİİB (“Regional İnkişaf” İctimai Birliyi, 2022)
    Təhsil alma hüququ hamıya şamil olunur və əlilliyi olan bütün uşaq, gənc və böyüklərin təhsil alma hüququ var. Bu hüquq, “Uşaq hüquqları haqqında” Konvensiyasında (1989) və “Əlillərin hüquqları haqqında” Konvensiyada ...
  • RİİB (“Regional İnkişaf” İctimai Birliyi, 2022)
    2000-ci ilin aprel ayında Seneqalda keçirilmiş Dünya Təhsil Forumunda qəbul edilmiş Dakar Fəaliyyət Çərçivəsi təhsili fundamental insan hüququ kimi təsdiq edir. Təhsil almaq hüququnun təmin olunmasının YUNESKO-nun əsas ...
  • RİİB (“Regional İnkişaf” İctimai Birliyi, 2022)
    Bir çox ölkələrin uşaqları üçün fiziki cəza məktəb təcrübəsinin ayrılmaz tərkib hissəsidir. Bu, uşağa qarşı sərt rəftarın bir formasıdır. Fiziki cəza uşağa qarşı məqsədli zorakılığın tətbiq edilməsidir və bu hal çox ...
  • RİİB (“Regional İnkişaf” İctimai Birliyi, 2020)
    Təhsil insanlara bilik, bacarıq, dəyərlər verən bir proses olmaqla yanaşı həm də həyata hazırlıq mərhələsidir. Cəmiyyətin bərabərhüquqlü üzvünə çevrilmək və hərtərəfli inkişaf etmək istəyən hər bir şəxsin təhsil alması ...
  • Grimes, Peter; Stevens, Marieke; dela Cruz, Arlene; Mercado, Tricia; Ligaya Sol Cruz, Kaisa (“Regional İnkişaf” İctimai Birliyi, 2019)
    Bu kitabça “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması proqramları”na əlavə olaraq UNİCEF və RİİB üçün tərtib edilmişdir. “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması ...
  • Ainscow, Mel; Dyson, Alan; Weiner, Saira (Təhsildə Bərabərlik üzrə Mərkəz, 2013)
    Bu icmal xüsusi təhsil ehtiyacları olan uşaqlar və gənclərin məktəblərə cəlb edilməsinin effektiv yollarının müəyyən edilməsi üzrə beynəlxalq ədəbiyyatın təhlilini özündə birləşdirir. Burada ümumilikdə üç mövzuya ...
  • Opertti, Renato; Ji, Lili (Təhsil üzrə beynəlxalq büro, 2017)
    “Şagird qiymətləndirməsi, təhsil müddətində sonrakı addımlar barədə əsaslandırılmış qərarlar qəbul etmək üçün şagirdlərin bilik, bacarıq və səriştələrin əldə edilməsi və mənimsənilməsini sənədləşdirmə prosesidir. Bu ...
  • Uotkins, Amanda (Xüsusi təhsilin inkişafı üzrə Avropa Agentliyi, 2012)
    İnklüziya üzrə müəllim hazırlığı layihəsi bütün müəllimlərin “inklüziv” olmaq üçün ilkin pedaqoji hazırlıq vasitəsilə necə hazırlandığını araşdırmışdır. Üç illik layihə mövzudan, ixtisasdan yaxud tədris edəcəkləri yaşdan ...
  • Howgego, Catherine; Miles, Susie; Myers, Juliette (Health & Education Advice & Resource Team, 2014-09)
    İnklüziv təlim effektiv tədris təcrübəsinin, uyğunlaşdırılmış təlim mühitinin və bütün uşaqların cəlb olunmasını, iştirakını və dəstəklənməsini təmin edən tədris yanaşmalarının nəticəsidir. Bu HEART Mövzu Təlimatı, aşağı ...
  • UNESCO (“Regional İnkişaf” İctimai Birliyi, 2022)
    İnklüziv təhsil sisteminin daha geniş tətbiqi yalnız mətkəblərin bu sistemə keçidi öhdəlik kimi üzərilərinə götürmələrindən asılıdır. İnklüziv təhsil üçün milli siyasətin inkişafı, yerli dəstək sistemləri, tədris proqramı ...