Abstract:
İnklüziya üzrə müəllim hazırlığı layihəsi bütün müəllimlərin “inklüziv” olmaq üçün ilkin pedaqoji hazırlıq vasitəsilə necə hazırlandığını araşdırmışdır. Üç illik layihə mövzudan, ixtisasdan yaxud
tədris edəcəkləri yaşdan və ya işləyəcəkləri məktəbdən asılı olmayaraq müəllimlik peşəsinə qədəm qoyan hər kəsin ehtiyacı olduğu əsas bilik və bacarıqları, anlayışları, münasibət və dəyərləri müəyyən
etmək üçün tərtib olunmuşdur.
Layihəyə 25 ölkədən 55 ekspert cəlb edilmişdir: Avstriya, Belçika (flaman və fransızca danışan
icmalar), Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İslandiya, İrlandiya, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Birləşmiş Krallıq (İngiltərə, Şimali İrlandiya, Şotlandiya və Uels). Ekspert qrupu na siyasəti müəyyən edən şəxslər – müəllim hazırlığı və inklüziv təhsil üzrə məsul olanlar, o cümlədən
həm ümumi, həm də konkret sahə üzrə ixtisaslaşmış müəllimlər daxil edilmişdir.
Layihəyə Agentliyin İdarə heyəti üzvlərindən ibarət Layihə Məsləhət Qrupu və Milli Koordinatorlar, Agentliyin heyəti və Norveçdən olan xarici konsultant Kari Nes tərəfi ndən dəstək verilmişdir.
Layihənin Məsləhət Qrupu layihə müddətində bu sahədə digər Avropa və beynəlxalq təşəbbüslər ilə
uyğunluğu təmin etmək məqsədilə genişləndirilmiş tərkibdə Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə Baş Direktorluğu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Təhsil Tədqiqatları (İƏİT)
və İnnovasiyalar üzrə Mərkəzi və YUNESKO-nun Beynəlxalq Təhsil Bürosu ilə görüşlər keçirmişdir.