Abstract:
Bu kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi” çərçivəsində həyata keçirilən layihə əsasında hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır. Layihənin qalibi Azərbaycan Britaniya Kollecinin müəllimi Qoşqar Məhərrəmovdur. Kitabın həmmüəllifləri Dadaş Əliyev, Könül Abaslı, Rza Məmmədov və Qoşqar Məhərrəmovdur. Kitabın elmi redaktoru Qoşqar Məhərrəmovdur. Direktorun əl kitabında təhsilin idarə olunması, məktəbin idarə olunması və liderlik, məktəb mədəniyyəti, məktəbdə ünsiyyət, məktəbdə tədrisin təşkili, məktəb sənədləşməsi, məktəbdə strateji planlaşdırma, məktəbdə təşkilati davranış, dəyər yaradan məktəblər kimi mövzular əhatə olunmuşdur. Bu kitabın məqsədi məktəb direktorlarının gündəlik fəaliyyətlərini təkmilləşdirmək, məktəb praktikalarının səmərəsini artırmaq, onların bir lider olaraq şəxsi və peşəkar inkişafına töhfə verməkdir. “Direktorun əl kitabı”nı eyni adlı saytda pdf formatında əldə edə bilərsiniz. Həmin sayta yüklənən videolarla fəsillərin qısa xülasəsi ilə tanış ola bilərsiniz. Müasir dövrün və gələcəyin direktorlarının bələdçi kitabı olmaq diləyi ilə...