Abstract:
Layihələrin idarə edilməsi (ing. Project Management) kitabında layihələrin idarə olunması prinsipləri, təriflər və anlayışlar, metodlar və struktur modellər, innovasiya və kreativ texnologiyalar, Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının yaratdığı Beynəlxalq Kompetensiyanın Əsasları və layihələrin idarə edilməsi üzrə ISO-21500 standartları öz əksini tapmışdır. Eyni zamanda, layihələrin idarə edilməsində genetik model anlayışı və təşkilatların inkişaf proqramlarının genetik modellər əsasında idarə edilməsi nəzəriyyəsi, layihələrin idarə edilməsində insan faktorları, layihə ofisinin yaradılması, habelə layihə komandasının formalaşdırılmasında xüsusi tələblər verilmişdir.
Kitab layihələrin idarə edilməsi sahəsində işləyən mütəxəssislər, layihə menecerləri, layihə rəhbərləri, layihə ofisinin işçiləri, müəllimlər, aspirantlar, magistr pilləsinin tələbələri, elmi
işçilər və layihələrin idarə edilməsi üzrə sertifikatlaşdırma proqramlarının dinləyiciləri üçün
nəzərdə tutulmuşdur.