Abstract:
Bu icmal xüsusi təhsil ehtiyacları olan uşaqlar və gənclərin məktəblərə cəlb edilməsinin effektiv
yollarının müəyyən edilməsi üzrə beynəlxalq ədəbiyyatın təhlilini özündə birləşdirir. Burada
ümumilikdə üç mövzuya toxunulur:
• Sinif təcrübəsinin hansı növləri bütün uşaqların məktəbə və öyrənməyə cəlb olunmasına kömək
edə bilər?
• Bu təcrübələr necə formalaşdırıla bilər?
• Bu məktəbin təşkili və rəhbərlik üçün nə deməkdir?
Əbədiyyatın təhlili əsas altı fikri irəli sürür:
• Məktəblər inklüziv təhsilin nə demək olduğunu aydın şəkildə başa düşməlidir.
• İnklüziv sinif təcrübələri şagirdlərin iştirakı və öyrənməsində maneələrin aradan qaldırılmasını
özündə birləşdirir.
• Müxtəlif praktikaların öyrənilməsi müəllimləri daha çox inklüziv təcrübələrin tətbiqinə sövq edir.
• Şagirdlərə fərdi olaraq əlavə dəstəyin göstərilməsi ehtiyatla planlaşdırılmalıdır: bu işə cəlb edilənlər
müvafiq qaydada təlimlərdən keçməlidir.
• İnklüziv məktəblər müxtəlif formalarda ola bilər, lakin onları birləşdirən ümumi cəhət var – şagirdlərin
müxtəlifliyini müsbət şəkildə dəstəkləyən təşkilati mədəniyyət.
• Rəhbərlər məktəblərində inklüziv mədəniyyəti yaradan həmkarları ilə çiyin-çiyinə çalışmaqda
mərkəzi rol oynayırlar.
Ədəbiyyat iddia edir ki, xüsusi təhsil ehtiyaclı uşaqlar və digər həssas təhsil alan qrupların
dəstəklənməsi xüsusi üsullar və təşkilati tədbirlərdən daha az, xüsusi kontekstdə sosial öyrənmə
proseslərindən daha çox asılıdır. Məktəbdə təcrübə və qarşılıqlı əməkdaşlığın təşviq edilməsi aləti kimi
dəlillərdən istifadə edilməsi mərkəzi strategiyadır.
Məktəblərin artıq əlilliyi və xüsusi təhsil ehtiyacları olan uşaqlar daxil olmaqla bütün şagirdlərin təhsil
alması üçün təcrübəyə malik olduqlarını nəzərə alsaq inklüzivliyin təkmilləşdirilməsi mövcud
təcrübənin müfəssəl şəkildə təhlili və heyət üzvləri arasında mübadiləsindən başlanmalıdır.
Heyət üzvlərinin davranış və inancları üzərində də fokuslanmağa ehtiyac duyulur: bura onların nələr
əldə edə biləcəyinə dair təsəvvürlərinin genişləndirilməsi və buna nail olmaq üçün məsuliyyət hissinin
artırılması daxildir. Habelə daha çox müəyyən qrup şagirdlər, eləcə də onların bacarıqları və
davranışları üzrə gözləntilərlə əlaqəli formalaşmış fərziyyələrlə mübarizə aparılması da bura daxil edilə
bilər.
Məktəblərdə liderlik təcrübəsi üçün əsaslı şərtlər var. Xüsusilə, aparıcı liderlər yetişkin insanların
davranışlarında dəyişikliklər tələb edən həssas şagird qrupları üçün daha yaxşı nəticələr verən
ideyaların müdafiəsində fərasətli olmalıdır. Məktəblərdə məktəblilər arasındakı fərqliliklərin qəbul
edilməsi və ona hörmətlə yanaşılması kimi inklüziv mədəniyyətin möhkəmləndirilməsi ehtiyacı burada
mərkəzi rol oynayır.