ADA Library Digital Repository

Təcridolunmadan inklüziyaya doğru : Məktəblərdə xüsusi təhsil ehtiyacları olan şagirdlərin ehtiyaclarının qarşılanması üsulları

Show simple item record

dc.contributor.author Ainscow, Mel
dc.contributor.author Dyson, Alan
dc.contributor.author Weiner, Saira
dc.date.accessioned 2022-08-30T09:11:35Z
dc.date.available 2022-08-30T09:11:35Z
dc.date.issued 2013
dc.identifier.uri http://hdl.handle.net/20.500.12181/425
dc.description.abstract Bu icmal xüsusi təhsil ehtiyacları olan uşaqlar və gənclərin məktəblərə cəlb edilməsinin effektiv yollarının müəyyən edilməsi üzrə beynəlxalq ədəbiyyatın təhlilini özündə birləşdirir. Burada ümumilikdə üç mövzuya toxunulur: • Sinif təcrübəsinin hansı növləri bütün uşaqların məktəbə və öyrənməyə cəlb olunmasına kömək edə bilər? • Bu təcrübələr necə formalaşdırıla bilər? • Bu məktəbin təşkili və rəhbərlik üçün nə deməkdir? Əbədiyyatın təhlili əsas altı fikri irəli sürür: • Məktəblər inklüziv təhsilin nə demək olduğunu aydın şəkildə başa düşməlidir. • İnklüziv sinif təcrübələri şagirdlərin iştirakı və öyrənməsində maneələrin aradan qaldırılmasını özündə birləşdirir. • Müxtəlif praktikaların öyrənilməsi müəllimləri daha çox inklüziv təcrübələrin tətbiqinə sövq edir. • Şagirdlərə fərdi olaraq əlavə dəstəyin göstərilməsi ehtiyatla planlaşdırılmalıdır: bu işə cəlb edilənlər müvafiq qaydada təlimlərdən keçməlidir. • İnklüziv məktəblər müxtəlif formalarda ola bilər, lakin onları birləşdirən ümumi cəhət var – şagirdlərin müxtəlifliyini müsbət şəkildə dəstəkləyən təşkilati mədəniyyət. • Rəhbərlər məktəblərində inklüziv mədəniyyəti yaradan həmkarları ilə çiyin-çiyinə çalışmaqda mərkəzi rol oynayırlar. Ədəbiyyat iddia edir ki, xüsusi təhsil ehtiyaclı uşaqlar və digər həssas təhsil alan qrupların dəstəklənməsi xüsusi üsullar və təşkilati tədbirlərdən daha az, xüsusi kontekstdə sosial öyrənmə proseslərindən daha çox asılıdır. Məktəbdə təcrübə və qarşılıqlı əməkdaşlığın təşviq edilməsi aləti kimi dəlillərdən istifadə edilməsi mərkəzi strategiyadır. Məktəblərin artıq əlilliyi və xüsusi təhsil ehtiyacları olan uşaqlar daxil olmaqla bütün şagirdlərin təhsil alması üçün təcrübəyə malik olduqlarını nəzərə alsaq inklüzivliyin təkmilləşdirilməsi mövcud təcrübənin müfəssəl şəkildə təhlili və heyət üzvləri arasında mübadiləsindən başlanmalıdır. Heyət üzvlərinin davranış və inancları üzərində də fokuslanmağa ehtiyac duyulur: bura onların nələr əldə edə biləcəyinə dair təsəvvürlərinin genişləndirilməsi və buna nail olmaq üçün məsuliyyət hissinin artırılması daxildir. Habelə daha çox müəyyən qrup şagirdlər, eləcə də onların bacarıqları və davranışları üzrə gözləntilərlə əlaqəli formalaşmış fərziyyələrlə mübarizə aparılması da bura daxil edilə bilər. Məktəblərdə liderlik təcrübəsi üçün əsaslı şərtlər var. Xüsusilə, aparıcı liderlər yetişkin insanların davranışlarında dəyişikliklər tələb edən həssas şagird qrupları üçün daha yaxşı nəticələr verən ideyaların müdafiəsində fərasətli olmalıdır. Məktəblərdə məktəblilər arasındakı fərqliliklərin qəbul edilməsi və ona hörmətlə yanaşılması kimi inklüziv mədəniyyətin möhkəmləndirilməsi ehtiyacı burada mərkəzi rol oynayır. en_US
dc.language.iso az en_US
dc.publisher Təhsildə Bərabərlik üzrə Mərkəz en_US
dc.rights Attribution-NonCommercial-NoDerivs 3.0 United States *
dc.rights.uri http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ *
dc.subject.lcsh Inclusive education. en
dc.subject.lcsh Inclusive education--Trainings. en
dc.subject.lcsh Children with disabilities--Education. en
dc.subject.lcsh Mainstreaming in education. en
dc.title Təcridolunmadan inklüziyaya doğru : Məktəblərdə xüsusi təhsil ehtiyacları olan şagirdlərin ehtiyaclarının qarşılanması üsulları en_US
dc.type Other en_US


Files in this item

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Attribution-NonCommercial-NoDerivs 3.0 United States Except where otherwise noted, this item's license is described as Attribution-NonCommercial-NoDerivs 3.0 United States

Search ADA LDR


Advanced Search

Browse

My Account