Abstract:
“Şagird qiymətləndirməsi, təhsil müddətində sonrakı addımlar barədə əsaslandırılmış qərarlar qəbul
etmək üçün şagirdlərin bilik, bacarıq və səriştələrin əldə edilməsi və mənimsənilməsini sənədləşdirmə
prosesidir. Bu proses, şagirdlərin bacarıqları, münasibətləri, öyrənmə tərzləri, irəliləmələri və
nəticələrinin nəzərə alınmasına təsir edir.”
“KurrikuIumun hazırlanması üzrə təlim vəsaitləri” adlı TBB silsiləsi təhsil, kurikulum islahatları və inkişaf
prosesləri üçün liderliyin gücləndirilməsi ilə əlaqədar Üzv Dövlətləri dəstəkləmək üçün hazırlanmışdır.
Konkret olaraq “KurrikuIumun hazırlanması üzrə təlim vəsaitləri: İnklüziv şagird qiymətləndirməsi”
inklüziv təhsil və inklüziv kurikulumun genişləndirilmiş konsepsiyası altında şagirdlərin
qiymətləndirilməsi sahəsindəki imkanları gücləndirməyi hədəfləyir. Burada təcrübəçilərin öz
kontekstlərində təhsildə daha da yaxşı əks etdirmək üçün istifadə edə biləcəkləri şagird
qiymətləndirməsindəki beynəlxalq müqayisəli perspektivlərdən istifadə olunur.
Bu tematik modul müəllimlərə, direktorlara, müfəttişlərə, müəllim təlimçilərinə, təhsil işçilərinə və
kurikulum hazırlayanlara hərtərəfli rəhbərliyi təqdim edir. Sənəd aşağıdakı hissələrdən ibarətdir:
Konseptual Çərçivə – qiymətləndirmədə inklüzivliyin təşviqi məqsədilə inklüziv təhsilin timsalında
təcrübəçilərin şagird qiymətləndirilməsi anlayışını əsaslandırmaq məqsədini daşıyır.
Təlim fəaliyyətləri – Bu bölmə şagird qiymətləndirilməsinin beş əsas sahəsini əhatə edir. Beş sahənin hər
birində oxucuları kurikulum hazırlayan mövqeyinə qoyan bir neçə təlim tapşırığı var. Hər bir fəaliyyət qərar
qəbul etmə və ya cavabların formalaşdırılması ilə əlaqəli bir sıra alt tapşırıqların tamamlanmasını tələb edir.
Oxucular üçün əsas çətinlik modulun ümumi məzmununu ölkələrinə və ya təhsil sistemindəki vəziyyətə
köçürmək və tətbiq etməkdir.