Abstract:
Vəsaitin hazırlanmasında məqsəd müəllimlərə peşəkar inkişaf dəstəyi göstərmək, onları sinif idarəetməsi nəzəriyyələri, strategiyaları ilə tanış etmək, bu və ya digər situasiyanın motivlərini düzgün müəyyənləşdirmək və həmin situasiyada necə davranmaq lazım olduğunu izah etməkdir. Vəsaitdə müxtəlif tədqiqatların nəticəsində uğurlu hesab edilən sinif idarəetmə nəzəriyyələri və metodları şərh olunur, dərsin planlaşdırılması, mənfi davranışların qarşısının alınması, vaxtın idarə olunması, şagirdlərlə ünsyyət qaydaları, sinfin idarə olunmasında qaydalar və proseduralar haqqında məlumat verilir.
Vəsait Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi» çərçivəsində Bakı şəhəri, 214 nömrəli tam orta məktəb tərəfindən həyata keçirilən “Müəllimin əl kitabı: sinfin idarə olunması” layihəsi əsasında hazırlanmışdır. Vəsait ümumi təhsil müəssisələrində çalışan müəllimlər və pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.