Abstract:
Bu kitabça “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması proqramları”na əlavə olaraq UNİCEF 
və RİİB üçün tərtib edilmişdir. “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması proqramları” Azərbaycanda müəllimlərin inklüziv siniflərdə tədris etmək imkanları və 
səriştələrinin artırılması məqsədilə hazırlanmışdır. Sözügedən 
proqramların əsas hədəfi həm ümumi və xüsusi təhsil sistemində çalışan müəllimlər, həm də bu sahələr üzrə təhsil alan tələbələrdir. Bir sıra praktik bölmələr artıq müəllim kimi çalışan və 
müəllimlik ixtisası üzrə təhsil alanların inkişafı üçün innovativ 
yanaşmalar, bərabər hüquqlara əsaslanan inklüziv təhsilin əsas 
konseptləri, inklüziv və əməkdaşlığa əsaslanan məktəb mədəniyyətinin inkişaf etdirilməsi və inklüziv təlim mühiti və dərslərin 
hazırlanmasına bələdçilik edir. 
“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması 
proqramları”nın 4.9-cu bölməsi “Uşaq və Ailə Dəstək Planlarını” 
təqdim edir. Bu yanaşmanın Azərbaycanda tamamən yeni olmasını nəzərə alaraq “Uşaq və Ailə Dəstək Planları” üzrə daha 
ətraflı məlumat təqdim etmək üçün əlavə kitabçanın hazırlanması qərarına gəldik. Müəllimlərin təlimçiləri «Uşaq və Ailə 
Dəstək Planları” üzrə təlim sessiyalarını hazırlayarkən və ya təlim iştirakçılarını daha geniş məlumatlanmaq istədikdə bu kitabçadan istifadə edə bilərlər.