Abstract:
Təhsil alma hüququ hamıya şamil olunur və əlilliyi olan bütün uşaq, gənc
və böyüklərin təhsil alma hüququ var. Bu hüquq, “Uşaq hüquqları haqqında” Konvensiyasında (1989) və “Əlillərin hüquqları haqqında” Konvensiyada (2008) təsbit olunmuşdur. Bu eyni zamanda bir sıra əhəmiyyətli beynəlxalq
bəyannamələrdə, o cümlədən YUNESKO-nun Hamı üçün Təhsil Ümumdünya Bəyannaməsi (1990), YUNESKO-nun Salamanka Bəyannaməsi və Fəaliyyət Çərçivəsi (1994) və Dakar Fəaliyyət Çərçivəsində (2000) əks olunur.
Hər kəs üçün təhsil hüququnu təmin etmək YUNESKO-nun ən əhəmiyyətli missiyasıdır. Bu missiya da üzv dövlətlər tərəfindən təsdiq və qəbul olunur. Bu cür təhsil keyfi yyətli təhsil olmalıdır. Beləliklə, YUNESKO sadəcə hamı üçün təhsil hüququna deyil, xüsusilə də hər kəs üçün keyfi yyətli təhsil hüququna önəm verir.
Hal-hazırda inkişaf etməkdə olan ölkələrdə əlilliyi olan uşaqların əksəriyyəti ya məktəbdən kənarda təhsil alırlar, ya da ümumiyyətlə təhsil almırlar. Əlilliyi olan şəxslərin təhsil alma maneələrinin aradan qaldırılması Hamı üçün Təhsil proqramının həyata keçirilməsi üçün ilk şərtdir. Təhsil siyasəti və praktikaları bütün uşaqlara keyfiyyətli təhsilin əldə edilməsini təmin etmək üçün öyrənənlərin hamısını əhatə etməli, tam iştirakı təşviq etməli, müxtəlifl iyi maneə kimi deyil, resurs kimi təqdim etməlidir. Hamı üçün inklüziv təhsil fərdlər və cəmiyyət üçün tərəqqiyə yol açacaqdır. Bu tərəqqi, öz növbəsində, bəşəriyyətin daha sülhpərvər və davamlı inkişafına səbəb olacaqdır.YUNESKO-nun “Müxtəlifl iyin dəstəklənməsi: inklüziv və öyrənmə üçün əlverişli mühitin yaradılması üzrə “Inclusive, Learning-Friendly Environments – ILFE” vəsaitlər dəsti məktəb və sinif otaqlarını daha inklüziv, təliməyararlı və gender əsaslı etməyə yardım edən praktiki vasitədir. YUNESKO-nun nəşri olan ILFE dəstinə əlavə edilən bu təlimat kitabçasında əlilliyi olan insanlara təhsil verilən zaman nəzərə alınmalı məsələlərə xüsusi
diqqət yetirilir. Kitabçada, əlilliyi olan uşaqlara keyfi yyətli təhsil vermək üçün praktik təlimatlar verilmişdir. Bu təlimatlarda əlilliyi olan uşaqların öz potensiallarını reallaşdırmağa kömək edən uğurlu təlim təcrübələri göstərilir.Bu təlimat əməkdaşlıq məhsuludur. Bu ilk olaraq YUNESKO-nun inklüziv təhsil üzrə məsləhətçisi, habelə Asiyanın bir sıra inkişaf təşkilatlarına
inklüziv təhsil üzrə məsləhətçi kimi fəaliyyət göstərən beynəlxalq inkişaf partnyoru cənab Terye Vatterdal tərəfi ndən layihə şəkilində işlənib hazırlanmış və redaktə edilmişdir. Burada dünyanın hər yerindən olan müəllimlərin fi kir və təklifl əri öz əksini tapmışdır. YUNESKO Bangkok nümayəndəliyi töhfə verən hər kəsə dərin minnətdarlığını bildirir. Bu təhsil resursu YUNESKO Asiya və Sakit okean Regional Bürosunun Təhsil layihəsinin koordinatorları, YUNESKO nəşr heyəti, Karolina Haddad və Pongsuda Vongsingha tərəfindən çap üçün hazırlanıb.