Abstract:
İnklüziv təlim effektiv tədris təcrübəsinin, uyğunlaşdırılmış təlim mühitinin və bütün uşaqların cəlb
olunmasını, iştirakını və dəstəklənməsini təmin edən tədris yanaşmalarının nəticəsidir.
Bu HEART Mövzu Təlimatı, aşağı və orta gəlirli ölkələrdə 3 ilə 12 yaş arası əlilliyi 1 və/və ya öyrənmə
çətinliyi olan uşaqlar2 üçün inklüziv təlimdə faydalı dəlilləri bir araya gətirir, habelə inklüziv cəmiyyətlərə
və nəticədə inklüziv inkişafa töhfə verməkdə inklüziv yanaşmaların rolunu araşdırır. Mövzu Təlimatı,
terminologiya, damğalama, təcridetmə, inteqrasiya edilmə və inklüziv məktəb məhfumları ətrafında
bəzi müzakirə olunan və mübahisəli məsələlərə toxunur, aşağı və orta gəlirli ölkələrdə inklüziv təlimin
nəticələrinə dair mövcud olan məhdud dəlilləri nəzərdən keçirir və gələcək tədqiqat istiqamətlərini
müəyyənləşdirir.
Aşağı və orta gəlirli ölkələrdə inklüziv təlimin əsasını təşkil edən dəlillər tutarlı deyil və hissəvi
xarakter daşıyır. Yüksək keyfiyyətli sistematik icmallar olmadığı üçün burada göstərilən dəlillər
toplusuna daxil edilən empirik tədqiqatlar və konseptual araşdırmalar yaxşı keyfiyyətli hesab olunur.
Dəlillər bölmələr üzrə ümumiləşdirilmiş və BMT təşkilatları, beynəlxalq qeyri-hökumət təşkilatları və
akademik tədqiqatlardan bir sıra mənbələri özündə ehtiva edir.
Mövzu Təlimatının əsas diqqət mərkəzini əlilliyi və ya öyrənmə çətinliyinin olması səbəbindən
uğursuzluq və təhsildən kənarda qalma riski ilə üzləşən uşaqlar üçün inklüziv təlim təşkil etsə də,
müzakirə olunan yanaşma və dəlillər ucqar yerlərdə yaşayan və ya köçəri əhalinin, münaqişədən
təsirlənmiş dövlətlərdə yaşayan, az qidalanan uşaqlar, o cümlədən dil, etnik mənsubiyyəti fərqli və ya
mədəni azlıqların uşaqları kimi bütün sosial təminatsız və ya həssas sosial bölgələrdən və ya qruplardan
olan uşaqların öyrənməsinə fayda gətirmək potensialına sahibdir. Deyimə görə əlilliyi olan uşaqların
ehtiyaclarının ödənilməsi ilə bütün uşaqların ehtiyacları ödəniləcəkdir.