Reference materials

 

Hal-hazırda təhsil sahəsində inkişafına xüsusi diqqət ayrılan sahələrdən biri müəllim hazırlığıdır. Öyrənənlərin inkişafında müəllimin rolu böyükdür. Buna baxmayaraq Azərbaycanda müəllim hazırlığı proqramlarında ciddi çatışmazlıqlar var. Müəllimlər təhsil alanlarda analitik təfəkkür və yaradıcı düşünmək bacarıqlarını stimullaşdırmaqda çətinlik çəkirlər. Fənn üzrə dərin biliklərə sahib olmaları kifayət deyil, müəllimlərin müxtəlif metodlardan, şagird yönümlü yanaşmalardan və aktiv öyrənmə metodlarından da istifadə etmələri eyni dərəcədə vacibdir. Müəllim hazırlığının keyfiyyətini müəllimlərin siniflərində istifadə etdikləri innovativ yanaşmalar və müxtəlif qiymətləndirmə metodlarından istifadə göstərir. Bu səbəblərə əsaslanaraq ADA Universiteti region məktəblərində işləyən müəllim və direktorlar üçün “Bir Müəllimin Manifesti” ixtisasartırma proqramını təqdim edir. Kredit əsaslı təhsil proqramında regionlardakı orta məktəblərin müəllim və direktorları iştirak ediblər. Proqram əyani və distant formatda aparılıb. Əyani formatda proqram Bakı Dövlət Universitetinin Qazax filialında (ilk ilində), ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində keçirilib. Proqramda aşağıda qeyd edilən fənlər tədris olunub: 1. Müasir tədrisin əsasları (əyani və distant); 2. Tədqiqat metodları və tətbiqi tədqiqat (əyani və distant); 3. Müəllim və liderlik (əyani və distant); 4. Akademik yazı (əyani və distant); 5. İngilis dili (distant). Bu fənlərin tədrisi oktyabr, noyabr, dekabr, fevral və mart aylarının ilk həftəsində (4-5 gün ərzində, həftəsonu daxil olmaqla) əyani olaraq aparılıb. Digər vaxtlar isə fənlərin tədrisi distant şəkildə ADA Universitetinin “Blackboard” öyrənmə platforması üzərindən həyata keçirilib. Proqram ADA Universitetinin aparıcı professor-müəllim heyəti tərəfindən keçiriləcək və Azərbaycan dilində tədris olunub. Vaşinqton proqramı — proqramın ABŞ-da keçirilən hissəsi 10 həftə üçün nəzərdə tutulub. Bu müddət ərzində proqram iştirakçıları ADA Universitetinin Vaşinqton Mərkəzində təşkil olunan seminar, mühazirə və konfranslarda iştirak edib, müxtəlif yerli məktəb, kollec və universitetlərə gedib, Vaşinqtonda keçirilən tədbirlərdə iştirak edib, muzey və mədəniyyət abidələrində olub, ingilis dilini təkmilləşdirib və ABŞ-ın təhsil sistemindəki mövcud qabaqcıl nümunələrlə tanış olublar. Proqram iştirakçılarının seçim meyarları: Proqramda ADA Universitetinin əməkdaşlıq etdiyi məktəblərlə yanaşı, digər region məktəbləri də iştirak ediblər. Bu ixtisasartırma proqramında iştirak etmək üçün Bakı və Sumqayıt şəhərləri istisna olmaqla, Azərbaycanın digər şəhər və rayonlarında yerləşən, azı 3 il pedaqoji təcrübəsi olan orta məktəb müəllim və direktorları müraciət ediblər. Üstünlük fənn müəllimləri və fənn tədrisi ilə məşğul olan məktəb direktorlarına verilib. Yekun seçim müsahibə əsasında aparılıb.

Recent Submissions

  • Əliyev, Dadaş; Abaslı, Könül; Məmmədov, Rza; Məhərrəmov, Qoşqar (Mücrü nəşriyyatı, 2021)
    Bu kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi” çərçivəsində həyata keçirilən layihə əsasında hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət ...
  • Quliyeva, Səidə; Abbasova, Fatma; Baxşəliyev, Elburus; Zakirova, Nigar (“Zərdabi-Nəşr” MMC, 2020)
    Fənn birləşmələrinin məktəblərdə fəaliyyətinin məzmununu aşağıdakı məsələlər təşkil edir: 1. Məktəbdə pedoqoji işçilərin təhsil məsələləri üzrə normativ metodiki sənədləşmənin öyrənilməsi, ümumitəhsilin ayrı-ayrı ...
  • İbadov, Elçin; Ağayeva, Hüzürə; İsmayılova, Nailə; Mikayılova, Ülviyyə; Kazımzadə, Elmina; Şərəfxanova, Lamiyə; Kərimova, Yuliya; İsayeva, Raziyə (Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, 2010)
    Hörmətli Oxucu! Globallaşma nəticəsində milli təhsilimizin beynəlxalq sistemə inteqrasiya etməsi dilimizin yeni təhsil terminləri ilə zənginləşməsinə səbəb olur. Sizlərə təqdim olunmuş “Təhsil lüğəti”ndə son illər təhsil ...
  • Fərədov, Tahir; Balayeva, Ayşəm (“Regional İnkişaf” İctimai Birliyi, 2018)
    Son illərdə Azərbaycanda inklüziv təhsilin tətbiqi məsələlərinə dövlət orqanları və qeyri-hökumət təşkilatları tərəfindən xüsusi diqqət yetirilmişdir. Bu problemin hədsiz əhəmiyyəti və vacibliyi tədris prosesi ilə əhatə ...
  • Əliyev, Mayis; Tağıyeva, Leyla; Süleymanov, Fərid (“Regional İnkişaf” İctimai Birliyi, 2018)
    Məlumat kitabçası Avropa İttifaqının maliyyə dəstəyi ilə “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun təsis etdiyi “Regional İnkişaf” İctimai Birliyi ...