Abstract:
Bu kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi” çərçivəsində həyata keçirilən
layihə əsasında hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə
məsuliyyət daşımır. Layihənin qalibi Azərbaycan Britaniya Kollecinin
müəllimi Qoşqar Məhərrəmovdur. Kitabın həmmüəllifləri Dadaş Əliyev,
Könül Abaslı, Rza Məmmədov və Qoşqar Məhərrəmovdur. Kitabın elmi
redaktoru Qoşqar Məhərrəmovdur. Direktorun əl kitabında təhsilin idarə
olunması, məktəbin idarə olunması və liderlik, məktəb mədəniyyəti, məktəbdə ünsiyyət, məktəbdə tədrisin təşkili, məktəb sənədləşməsi, məktəbdə
strateji planlaşdırma, məktəbdə təşkilati davranış, dəyər yaradan məktəblər
kimi mövzular əhatə olunmuşdur. Bu kitabın məqsədi məktəb direktorlarının gündəlik fəaliyyətlərini təkmilləşdirmək, məktəb praktikalarının
səmərəsini artırmaq, onların bir lider olaraq şəxsi və peşəkar inkişafına
töhfə verməkdir. “Direktorun əl kitabı”nı eyni adlı saytda pdf formatında
əldə edə bilərsiniz. Həmin sayta yüklənən videolarla fəsillərin qısa xülasəsi
ilə tanış ola bilərsiniz. Müasir dövrün və gələcəyin direktorlarının bələdçi
kitabı olmaq diləyi ilə...