Abstract:
Fənn birləşmələrinin məktəblərdə fəaliyyətinin məzmununu aşağıdakı məsələlər təşkil edir:
1. Məktəbdə pedoqoji işçilərin təhsil məsələləri üzrə normativ metodiki sənədləşmənin öyrənilməsi, ümumitəhsilin ayrı-ayrı səviyyələri üzrə təlim nəticələri və səviyyələri üzrə, hər bir fənnin məzmun standartların öyrənilməsi üzrə pedaqoji işçilərin fəaliyyə tinin təşkili
2. Pedaqoji prosesdə fəaliyyətin planlaşdırılması və təhlilində, müəllimlərin peşakarlığı və özünü təkmilləşdirmə nəzərə alınmalıdır. MB-nın illik fəaliyət planı tərtib edilərkən məktəbin “İllik Fəaliyyət Planı” əsasında tərtib olunmalıdır.
3. Təlim-tərbiyə fəaliyyətinin təşkili məzmunu, metodları və forması məsələləri üzrə tövsiyələr işlənib hazırlanması, fənlər üzrə tədris fəaliyyətinin təhlili əsasında təlim tərbiyə işinin təşkilinin effektivliyi artırılmalı və həmçinin fənn müəllimlərinin pedaqoji fəaliyyəti həyata keçirərkən qarşıya çıxan çətinliklərin diaqnostikası və müəllim
pedaqoji tələbatlarının təhlili əsasında peşəkarlığının inkişafı formasının seçimi, fənn tədrisinin vəziyyəti təhlilinin aparılması
4. İstedadlı və bacarıqlı şagirdlərə dəstəyin təşkili (olimpiada, konfranslar, intelektual yaradıcılıq məşğələlər) məktəbdənkənar təhsilə cəlb olunan şagirdlərlə tanışlıq, elmi pedaqoji fəaliyyət əsas istiqamətlər və aktiv formaların işlənib hazırlanması
5. Pedaqoji təcrübələrin öyrənilməsi, birləşdirilməsi, təbliği, aktual təcrübələrin, məlumatlar bankının yaratmaq, fənn üzrə müxtəlif müəlliflərin metodik işləmələri ilə tanış olmaq fənnin tədris metodlarının təhlili
6. Özünütəhlil və əldə olunmuş nəticələrin təhlili ilə müəyyən tematika üzrə dərslərin qarşılıqlı dinlənilməsi, fənn üzrə innovasiya və ekspermental iş
7. Müəllimlərin peşəkar özünütədris haqqında hesabatların, peşəkarlığının artırılması, ixtisasartırmada iştirakı, özünüinkişaf haqqında hesabatların dinlənilməsinin aparılması
8. Dövrü olaraq fənn həftələrinin təşkili və aparılması, fənn olimpiadalarının, müsabiqələr, baxışların birinci mərhələsinin təşkili və aparılması
9. Fənn üzrə “Ümumi təhsilin Dövlət Standartları və Kurikulumlar” əsasında proqramların yerinə yetirilmə vəziyyəti və nəticələrin qiymətləndirilməsinə dair tələblərin işlənməsi
10. Bütövlükdə və hər bir pedaqoqun ayrı-ayrılıqda təcrübəsi MB-nın ümumi təcrübəsində birləşdirilməsi və materialların hazırlanması
11. Tədris ilinin sonunda kurikulum üzrə qiymətləndirmə aparılması təşkil etmək.