Abstract:
Hörmətli Oxucu! Globallaşma nəticəsində milli təhsilimizin beynəlxalq sistemə inteqrasiya etməsi dilimizin yeni təhsil terminləri ilə zənginləşməsinə səbəb olur.
Sizlərə təqdim olunmuş “Təhsil lüğəti”ndə son illər təhsil sahəsində istifadə edilən, lakin Azərbaycan dilinin leksikasında hələ tam sabitləşməmiş bir sıra yeni termin və anlayışların izahı verilir.
Müasir milli təhsil prosesində istifadə edilən termin və anlayışların tərcüməsi və izahı verilən bu lüğət təkcə pedaqoji fəaliyyətlə məşğul olanlar üçün deyil, həm də cəmiyyətin ən aktual problemlərindən biri olan təhsilə maraq göstərən ictimaiyyətin müxtəlif təbəqələri üçün nəzərdə tutulub.
“Təhsil lüğəti” pedaqoqlar, valideynlər, tədqiqatçılar, jurnalistlər, bir sözlə, təhsil sahəsindəki yeniliklərə maraq göstərən bütün oxucular üçün nəzərdə tutulmuşdur.
İnanırıq ki, bu lüğət təhsil sahəsindəki müzakirələr, məlumatlandırma kampaniyaları zamanı tərəflər arasında səmərəli ünsiyyətin təmin edilməsi baxımından da faydalı olacaq.