Abstract:
Bu tədqiqatın məqsədi ümumi təhsil müəssisələrində məktəb direktorlarının qərar vermə təcrübələrinin öyrənilməsindən ibarətdir. Tədqiqat Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində aparılmışdır. Keyfiyyət metodologiyasından və fenomenologiya metodundan istifadə olunan bu təqdiqat işində,
maksimum seçmə üsuluna əsasən 12 nəfər məktəb direktoru iştirak etmişdir. İştirakçılar cins, yaş, iş təcrübəsi, məktəbin şagird tutumu kimi fərqli kompetensiyalara əsasən məqsədyönlü formada seçilmişdir. Tədqiqat çərçivəsində toplanan datanın təhlilindən aydın olur ki, Azərbaycan ümumi təhsil müəssisələrində çalışan məktəb direktorlarının müəyyən məhdudiyyətləri var. Bu məhdudiyyətlər direktorların qərar qəbul etmə proseslərinə mane yaradır.Təqdiqat işi nəticələrinə əsasən bəzi təkliflər irəli sürülmüşdür.