Books

 

Hal-hazırda təhsil sahəsində inkişafına xüsusi diqqət ayrılan sahələrdən biri müəllim hazırlığıdır. Öyrənənlərin inkişafında müəllimin rolu böyükdür. Buna baxmayaraq Azərbaycanda müəllim hazırlığı proqramlarında ciddi çatışmazlıqlar var. Müəllimlər təhsil alanlarda analitik təfəkkür və yaradıcı düşünmək bacarıqlarını stimullaşdırmaqda çətinlik çəkirlər. Fənn üzrə dərin biliklərə sahib olmaları kifayət deyil, müəllimlərin müxtəlif metodlardan, şagird yönümlü yanaşmalardan və aktiv öyrənmə metodlarından da istifadə etmələri eyni dərəcədə vacibdir. Müəllim hazırlığının keyfiyyətini müəllimlərin siniflərində istifadə etdikləri innovativ yanaşmalar və müxtəlif qiymətləndirmə metodlarından istifadə göstərir. Bu səbəblərə əsaslanaraq ADA Universiteti region məktəblərində işləyən müəllim və direktorlar üçün “Bir Müəllimin Manifesti” ixtisasartırma proqramını təqdim edir. Kredit əsaslı təhsil proqramında regionlardakı orta məktəblərin müəllim və direktorları iştirak ediblər. Proqram əyani və distant formatda aparılıb. Əyani formatda proqram Bakı Dövlət Universitetinin Qazax filialında (ilk ilində), ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində keçirilib. Proqramda aşağıda qeyd edilən fənlər tədris olunub: 1. Müasir tədrisin əsasları (əyani və distant); 2. Tədqiqat metodları və tətbiqi tədqiqat (əyani və distant); 3. Müəllim və liderlik (əyani və distant); 4. Akademik yazı (əyani və distant); 5. İngilis dili (distant). Bu fənlərin tədrisi oktyabr, noyabr, dekabr, fevral və mart aylarının ilk həftəsində (4-5 gün ərzində, həftəsonu daxil olmaqla) əyani olaraq aparılıb. Digər vaxtlar isə fənlərin tədrisi distant şəkildə ADA Universitetinin “Blackboard” öyrənmə platforması üzərindən həyata keçirilib. Proqram ADA Universitetinin aparıcı professor-müəllim heyəti tərəfindən keçiriləcək və Azərbaycan dilində tədris olunub. Vaşinqton proqramı — proqramın ABŞ-da keçirilən hissəsi 10 həftə üçün nəzərdə tutulub. Bu müddət ərzində proqram iştirakçıları ADA Universitetinin Vaşinqton Mərkəzində təşkil olunan seminar, mühazirə və konfranslarda iştirak edib, müxtəlif yerli məktəb, kollec və universitetlərə gedib, Vaşinqtonda keçirilən tədbirlərdə iştirak edib, muzey və mədəniyyət abidələrində olub, ingilis dilini təkmilləşdirib və ABŞ-ın təhsil sistemindəki mövcud qabaqcıl nümunələrlə tanış olublar. Proqram iştirakçılarının seçim meyarları: Proqramda ADA Universitetinin əməkdaşlıq etdiyi məktəblərlə yanaşı, digər region məktəbləri də iştirak ediblər. Bu ixtisasartırma proqramında iştirak etmək üçün Bakı və Sumqayıt şəhərləri istisna olmaqla, Azərbaycanın digər şəhər və rayonlarında yerləşən, azı 3 il pedaqoji təcrübəsi olan orta məktəb müəllim və direktorları müraciət ediblər. Üstünlük fənn müəllimləri və fənn tədrisi ilə məşğul olan məktəb direktorlarına verilib. Yekun seçim müsahibə əsasında aparılıb.

Recent Submissions

  • Mikayılova, Ülviyyə; Axundova, Ülviyyə; İsmayılova, Məftunə; Mirzəyeva, Ülviyyə; Qəhramanova, Dilarə; Salmanlı, Saidə; İsmayılova, Fəxriyyə; Əfəndiyeva, Natavan; Mustafayeva, Səkinə; Rzayeva, Sevda; Həsənova, Firuzə; Məmmədova, Dürdanə; Nəcəfova, Züleyxa; Monsumova, İlhamə; Quliyeva, Həqiqət; Mahmudova, Rahimə; Şərəfxanova, Lamiya; Həsənova, Xuraman; İmanova, Leyla (Qanun Nəşriyyatı, 2011)
    Əlil uşaqların cəmiyyətə inteqrasiyası, onların öz yaşıdları ilə birlikdə adi təhsil müəssisələrində oxumaları da daxil olmaqla yerli səviyyədə geniş çeşiddə sosial xidmətlərin mövcüd olması ilə şərtləndirilir. Bu da öz ...
  • Mikayılova, Ülviyyə; Zeynalov, Mənsur; Kərimova, Yuliya; Kazımzadə, Elmina (TEAS Press, 2021)
    Hörmətli oxucular! Əlinizdə tutduğunuz Addım-addım Beynəlxalq Assosiasiyası tərəfindən hazırlanan bu kitabın ərsəyə gəlməsində çox insanın əməyi var. Amma mən öncə uşaqlara, onların ailələrinə və müəllimlərə təşəkkürümü ...
  • Hall, Tracey E.; Meyer, Anne; Ros, David H. (Guilford Press, 2012)
    Biz bu silsilə üçün kitab hazırlamağa dəvət olunduqda silsilənin redaktorları ilə müzakirələrimiz ilk olaraq texnologiya və xüsusi təhsil üzərində mərkəzləşdi. Çox qısa müddətdə anladıq ki, (və redaktorlar da bizimlə ...
  • Loreman, Tim; Deppeler, Joanne; Harvey, David (Allen&Unwin, 2020)
    Məktəbin məqsədi nədir? Bu suala çoxsaylı cavablar vermək olar və bu cavablar məktəb və siniflə əlaqəli müxtəlif təcrübələri əks etdirəcək. Mən bu sual üzərində uzun illərdir ki, düşünürəm. Özünü siyasi cəhətdən demokratik ...