Books
http://dspace.ada.edu.az:80/xmlui/handle/20.500.12181/412
2024-03-28T18:47:04ZUşaq İnkişafı Metodikası
http://dspace.ada.edu.az:80/xmlui/handle/20.500.12181/468
Uşaq İnkişafı Metodikası
Mikayılova, Ülviyyə; Axundova, Ülviyyə; İsmayılova, Məftunə; Mirzəyeva, Ülviyyə; Qəhramanova, Dilarə; Salmanlı, Saidə; İsmayılova, Fəxriyyə; Əfəndiyeva, Natavan; Mustafayeva, Səkinə; Rzayeva, Sevda; Həsənova, Firuzə; Məmmədova, Dürdanə; Nəcəfova, Züleyxa; Monsumova, İlhamə; Quliyeva, Həqiqət; Mahmudova, Rahimə; Şərəfxanova, Lamiya; Həsənova, Xuraman; İmanova, Leyla
Əlil uşaqların cəmiyyətə inteqrasiyası, onların öz yaşıdları ilə birlikdə adi təhsil müəssisələrində oxumaları da daxil olmaqla yerli səviyyədə geniş çeşiddə sosial xidmətlərin mövcüd olması ilə şərtləndirilir. Bu da öz növbəsində həmin uşaqların internat və xüsusi məktəb tipli qapalı müəssisələrdə institutlaşmasına qarşı mühüm qoruyucu tədbirlərdəndir. Kitab geniş profilli mütəxəssisləri - reabilitoloqları, pedaqoqları, paraprofessionalları, eləcə də, valideynləri istər peşakar ədəbiyyat, istərsə də seminarlar, dəyirmi masalar, konfranslar, iş yerlərində məsləhətllər də daxil olmaqla praktiki beynəlxalq ekspertlərin köməyi ilə yerli xüsusiyyətlərə uyğunlaşdırılmış, şəxsi təcrübə süzgəcindən keçirilmiş və artıq 10 ildən çox müddət ərzində təcrübədə tətbiq olunan autizm və uşaq serebral iflic kimi hallar da daxil olmaqla, əlilliyə gətirib çıxaran geniş spektrli diaqnozlar üzrə zəruri praktiki məlumatın tam çeşidi ilə təmin edəcəkdir.
Uşaqyönümlü, demokratik məktəbəqədər təhsil : “addım-addım” yanaşması
http://dspace.ada.edu.az:80/xmlui/handle/20.500.12181/467
Uşaqyönümlü, demokratik məktəbəqədər təhsil : “addım-addım” yanaşması
Mikayılova, Ülviyyə; Zeynalov, Mənsur; Kərimova, Yuliya; Kazımzadə, Elmina
Hörmətli oxucular!
Əlinizdə tutduğunuz Addım-addım Beynəlxalq Assosiasiyası tərəfindən
hazırlanan bu kitabın ərsəyə gəlməsində çox insanın əməyi var. Amma mən
öncə uşaqlara, onların ailələrinə və müəllimlərə təşəkkürümü bildirmək
istəyirəm. Burada əksini tapan maraqlı ideyalar və innovativ yanaşmalar məhz
müəllimlərin uşaqlar üçün ən yaxşı təcrübə yaratmaq niyyətindən ilhamlanır.
Kitabda ölkəmizdə 1998-ci ildən tətbiqinə başlanan, 2001-ci ildə Təhsil
Nazirliyinin kollegiyası tərəfindən məktəbəqədər təhsil üçün alternativ
texnologiya kimi tanınan “Addım-addım” yanaşmasının tətbiqi müddətində
qazanılmış uğurlar və müxtəlif ölkələrdən olan mütəxəssislərin
təcrübələrində sınaqdan keçirilmiş nəzəriyyə və tətbiqi məsələlər
təqdim edilir.
Burada təsvir olunan nəzəri yanaşmalar (konstruktivizm, sosial konstruktivizm, sosial-mədəni nəzəriyyələr və digərləri) və onlardan irəli
gələn təcrübələr artıq bir sıra ölkələrin erkən yaş dövrü təhsil sistemlərinin
təməlində durur və müxtəlif dövlət sənədlərində tövsiyə olunan pedaqoji
sistemlər kimi təqdim olunur. Sevindirici haldır ki, artıq bir neçə ildir ölkədə
tətbiq olunan məktəbəqədər kurikulumun nəzəri əsasları da məhz bu kitabda
təsvir olunan nəzəriyyələrlə üst-üstə düşür.
Baxmayaraq ki, təqdim edilən kitabda hər fəsil maraqlı, ən əsası
praktikdir, lakin çox vacib praktik mahiyyəti olan inkişaf sahələri və
kurikulumun məzmun sahələri arasında olan əlaqələrinə, onları təsvir
edən nümunələrə xüsusi diqqət yetirmənizi tövsiyə edərdim. Daha nəyə?
Uşaqların kompetensiyalarının təyininə və həmin kompetensiyaların
pedaqoji yanaşmalar vasitəsilə necə inkişaf etdirə biləcəyimizə. Daha
nəyə? Müəllimlərin peşəkarlığının inkişafı üçün qabaqcıl təhsil sistemləri
tərəfindən qəbul edilmiş “tənqidi refleksiya” yanaşmasına, həmin yanaşmanın
hərtərəfli təsvirinə. Daha nəyə? Erkən yaş uşaqların təhsili və inkişafında
qiymətləndirmənin rolu, aparılma mexanizmi və praktik nümunələrinə. Bu kitab öz üzərində işləyən peşəkar müəllimlər, istər uşaq bağçası, körpələr
evində işləyənlər, istərsə də, məktəb və digər məkanlarda məktəbəhazırlıq
pilləsində dərs deyənlər üçün çox dəyərli və praktik bələdçidir. “Mən yaxşı
müəlliməm? Mənim uşaqlarım yaxşı öyrənir? Mən uşaqlarımın daha da yaxşı
öyrənməsi üçün nələr edə bilərəm?” kimi sualları özünüzə verirsinizsə, bu
kitab sizin üçündür.; Ülviyyə Mikayılova – Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi
İctimai Birliyinin sədri, Beynəlxalq Addım-addım Assosiasiyasının Proqram
komitəsinin üzvü, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai
Şuranın üzvü
Sinifdə Universal Öyrənmə Dizaynı : Təcrübədə Tətbiqi
http://dspace.ada.edu.az:80/xmlui/handle/20.500.12181/414
Sinifdə Universal Öyrənmə Dizaynı : Təcrübədə Tətbiqi
Hall, Tracey E.; Meyer, Anne; Ros, David H.
Biz bu silsilə üçün kitab hazırlamağa dəvət olunduqda silsilənin redaktorları ilə müzakirələrimiz ilk olaraq texnologiya və xüsusi təhsil üzərində mərkəzləşdi. Çox qısa müddətdə anladıq ki, (və redaktorlar da bizimlə razılaşdı) bu yanaşma təcrübəçi müəllimlər üçün faydalı olmasa da, Universal Öyrənmə Dizaynı (UÖD) haqqında kitab bütün öyrənənlərin ehtiyaclarını ödəmək üçün müxtəlif vasitə və metodların istifadəsində təhsil işçilərinin istiqamətləndirilməsi üçün çox yardımçı olacaq. Texnologiya və öyrənənlərin xüsusi ehtiyacları bu kitabın önəmli mövzularından biri olsa da, əsas mövzu hamı üçün çevik və uyğunlaşa bilən öyrənmə mühitlərinin layihələndirilməsi vasitəsilə hamı üçün təhsilin təkmilləşdirilməsidir. Yalnız texnologiyaların istifadəsi və ya konkret qrup şagirdlərin ehtiyaclarının dar çərçivədə ödənilməsi bu məqsədə nail olmaq üçün kifayət deyil.
İnklüziv Təhsil : Sinifdə müxtəlifliyin dəstəklənməsi üçün təcrübi təlimatlar
http://dspace.ada.edu.az:80/xmlui/handle/20.500.12181/413
İnklüziv Təhsil : Sinifdə müxtəlifliyin dəstəklənməsi üçün təcrübi təlimatlar
Loreman, Tim; Deppeler, Joanne; Harvey, David
Məktəbin məqsədi nədir? Bu suala çoxsaylı cavablar vermək olar və bu cavablar məktəb və siniflə əlaqəli müxtəlif təcrübələri əks etdirəcək. Mən bu sual üzərində uzun illərdir ki, düşünürəm. Özünü siyasi cəhətdən demokratik ölkə sayan məkanlarda məktəblərin əksəriyyətinin missiyası “demokratik quruluşda vətəndaş olmaq”, “ömürlük təhsilalan” və “cəmiyyətə dəyər qatan üzv olmaq üçün bacarıq və səriştələrin inkişaf etdirilməsi” kimi səslənir. Belə ki, çoxsaylı məktəblər öz fəaliyyətlərini digər ismarış - “demokratiya və cəmiyyət yalnız bəziləri üçündür” ismarıcının təmin edilməsi üzərində qurmağa davam edirlər. Hal-hazırda şagirdlərin bacarıq, irq və siniflərə görə sistemləşdirilmiş bölgüsü bizə güclü və yaxşı öyrənilmiş ismarış yollayır – “bu sistemin dəyişilməsinə ehtiyac duyulur”.