| dc.contributor.author | Göyüşova, Aygün | |
| dc.contributor.author | Bairamova, Liaman | |
| dc.contributor.author | Valieva, Nurida | |
| dc.date.accessioned | 2026-02-26T12:26:13Z | |
| dc.date.available | 2026-02-26T12:26:13Z | |
| dc.date.issued | 2025 | |
| dc.identifier.uri | http://hdl.handle.net/20.500.12181/1577 | |
| dc.description.abstract | Bu layihə əsaslı tədqiqat Gürcüstanın Kvemo Kartli bölgəsində təhsil alan yuxarı sinif şagirdlərinin peşə təhsilinə münasibətini, marağın aşağı olmasının səbəblərini və bu sahəyə marağın artırılması üçün zəruri ehtiyacları müəyyənləşdirməyi qarşısına məqsəd qoyur. Tədqiqatda keyfiyyət yönümlü metodologiyanın fenomenoloji yanaşması tətbiq edilmişdir. Araşdırma Kvemo Kartlidə yerləşən üç ictimai məktəbdə həyata keçirilmiş, sadə təsadüfi seçim üsulu ilə 15 yuxarı sinif şagirdi ilə yarı-strukturlaşdırılmış müsahibələr aparılmışdır. Məlumat toplama aləti kimi 10 sualdan ibarət yarı-strukturlaşdırılmış müsahibə vərəqindən istifadə olunmuşdur. Tədqiqat nəticələri göstərir ki, şagirdlər arasında peşə təhsilinə maraq ümumilikdə aşağı səviyyədədir. Bu vəziyyətin başlıca səbəbləri sırasında peşə təhsili və mövcud ixtisaslar barədə yetərli məlumatın olmaması, ailə və cəmiyyətin ali təhsilə üstünlük verməsi, peşə təhsilinin sosial dəyərinin aşağı qiymətləndirilməsi, qəbul prosedurlarının və gələcək karyera imkanlarının qeyri-müəyyənliyi qeyd olunur. Nəticədə, şagirdlər peşə təhsilini əsas seçimdən çox alternativ bir çıxış yolu kimi qəbul edirlər. Araşdırma eyni zamanda vurğulayır ki, peşə təhsilinə marağın artırılması üçün genişmiqyaslı maarifləndirmə tədbirləri, müasir və cəlbedici tədris mühiti, əmək bazarının tələblərinə uyğun yeni ixtisasların yaradılması və valideynləri də əhatə edən informasiya təşəbbüsləri mühüm rol oynaya bilər. Şagirdlər daha çox vizual, interaktiv və praktik təqdimatlara məruz qaldıqda bu sahəyə maraqları əhəmiyyətli dərəcədə artır. Son nəticə olaraq, tədqiqat həm problemin əsas səbəblərini, həm də onun aradan qaldırılması üçün tətbiq oluna biləcək praktiki yanaşmaları təqdim edərək peşə təhsilinə münasibətin dəyişdirilməsinə töhfə verməyi hədəfləyir. | en_US |
| dc.language.iso | en | en_US |
| dc.publisher | ADA University, Gazakh Center | en_US |
| dc.rights | Attribution-NonCommercial-NoDerivs 3.0 United States | * |
| dc.rights.uri | http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ | * |
| dc.subject | Vocational education -- Georgia (Republic) -- Kvemo Kartli. | en_US |
| dc.subject | High school students -- Georgia (Republic) -- Kvemo Kartli -- Attitudes. | en_US |
| dc.subject | Career education -- Georgia (Republic). | en_US |
| dc.subject | Education, Secondary -- Georgia (Republic). | en_US |
| dc.subject | Educational change -- Georgia (Republic). | en_US |
| dc.title | Gürcüstanın Kvemo Kartli Bölgəsində Peşə Təhsilinin Təkmilləşdirilməsi: Problemlər və Həll Yolları | en_US |
| dc.type | Thesis | en_US |
The following license files are associated with this item: