Abstract:
Bu layihə əsaslı tədqiqat Gürcüstan Respublikasının Cənub bölgəsində fəaliyyət göstərən üç kənd məktəbinin İngilis dili müəllimlərinin emosional tükənmə problemlərinin əsas səbəblərini və onunla mübarizə strategiyalarını araşdırmağı məqsəd qoyur. Layihə əsaslı araşdırmada keyfiyyət metodologiyasından istifadə edilib. Yarı strukturlaşdırılmış müsahibə üsulundan istifadə edilərək toplanmış məlumatlar tematik təhlil edilmişdir. Layihə əsaslı tədqiqatın nəticələri göstərir ki, kənd məktəblərində işləyən müəllimlər müxəlif səbəblərdən emosional tükənmə yaşayırlar. Bunlara aşağı əməkhaqqı, peşəkar inkişaf imkanlarının məhdudluğu, təhsil resurslarının çatışmazlığı, valideyn və həmkar dəstəyinin zəifliyi, şagird motivasiyasının azlığı daxildir. Layihə çərçivəsində müəllimlərə emosional dəstək göstərmək üçün vebinar keçirilmiş və tövsiyələr irəli sürülmüşdür. Bu layihə əsaslı tədqiqat, məktəb rəhbərlərinin və kənd məktəblərində işləyən müəllimlərin peşəkar rifahının təmin olunmasına yönəlik praktik tövsiyələr təqdim edir.