dc.contributor.author | İsayeva, Aygül | |
dc.date.accessioned | 2025-10-13T05:15:36Z | |
dc.date.available | 2025-10-13T05:15:36Z | |
dc.date.issued | 2025 | |
dc.identifier.uri | http://hdl.handle.net/20.500.12181/1489 | |
dc.description.abstract | Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin sayında hər il azalma müşahidə edilməklə yanaşı ana dilinin tədrisində də ciddi problemlər yaşanmışdır. 2006-cı ildə İlya Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat ixtisasına tələbə qəbulu dayandırıldıqdan sonra Gürcüstanda Azərbaycan dili və ədəbiyyat fənni üzrə yeni kadrların hazırlanması dayandırılmışdır. Nəticədə, məktəblərdə ana dili üzrə kadr çatışmazlığı meydana çıxmış, ana dilini tədris edən qeyri-ixtisas fənn müəllimlərinin sayı çoxalmışdır. Ana dili üzrə dərs saatlarının azaldılması, dərsliklərin tərcüməsi zamanı kobud səhvlərə yol verilməsi, məktəblərdə ana dilini tədris edən qeyri-ixtisas fənn müəllimlərinin çoxalması, ana dili üzrə buraxılış (attestat) imtahanının ləğv edilməsi şagirdlərdə Azərbaycan dilinin mənimsənilməsində çətinliklər yaratmışdır. Bu tədqiqatın əsas məqsədi Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dili üzrə bilik səviyyəsinə təsir edən amilləri müəllim və şagirdlərin baxış bucağından tədqiq etməkdir. Mövzunun tədqiq edilməsində keyfiyyət tədqiqat metodundan istifadə edilmiş və 18 şagird arasında 3 fokus qrup müzakirə, 4 müəllim arasında isə yarı strukturlaşdırılmış müsahibə keçirilmişdir. Tədqiqat iştirakçıları məqsədli seçmə yolu ilə şəhər və kənd məktəbləri daxil olmaqla Gürcüstanda fəaliyyət göstərən 4 azərbaycandilli məktəblərdən seçilmişdir. Təhlil zamanı həm şagirdlər, həm də müəllimlər ana dilinin mənimsənilməsinə təsir edən əsas amillər kimi müəllimin fənn üzrə bilik səviyyəsini, Azərbaycan dili üzrə buraxılış imtahanının olmamasını, ana dili üzrə dərs saatlarının azaldılmasını, digər fənlər üzrə dərsliklərin gürcü dilindən Azərbaycan dilinə tərcüməsi zamanı kobud səhvlərə yol verilməsini, valideynlərin övladlarını gürcüdilli məktəblərə qoymalarını qeyd etmişdilər. Əlavə olaraq müəllimlər ana dilinin mənimsənilməsində Azərbaycan dili ilə bağlı əlavə tədbir və müsabiqələrin keçirilməsinin vacib olmasını, şagirdlər isə Gürcüstan dövlətinin qoyduğu qayda-qanunların, qadağaların mənfi təsirini vurğulamışdılar. Tədqiqatın nəticəsi olaraq əldə edilən tapıntıların Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi və digər təhsil siyasəti ilə məşğul olan qurumları üçün etibarlı mənbə rolunu oynayacağını nəzərə alaraq Azərbaycan dilinin inkişafı ilə bağlı müəyyən təkliflər hazırlanmışdır. | en_US |
dc.language.iso | az | en_US |
dc.publisher | ADA University, Gazakh Center | en_US |
dc.rights | Attribution-NonCommercial-NoDerivs 3.0 United States | * |
dc.rights.uri | http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ | * |
dc.subject | Azerbaijani language – Study and teaching – Georgia (Republic). | en_US |
dc.subject | Mother tongue instruction – Azerbaijanis – Georgia (Republic). | en_US |
dc.subject | Education problems – Azerbaijani students – Georgia (Republic). | en_US |
dc.subject | Curriculum planning – Azerbaijani language – Georgia (Republic). | en_US |
dc.subject | Language education policy – Georgia (Republic). | en_US |
dc.title | Gürcüstanda Azərbaycandilli Məktəblərdə Təhsil Alan Şagirdlərin Ana Dilini Mənimsəməsinə Təsir Edən Amillər | en_US |
dc.type | Thesis | en_US |
The following license files are associated with this item: