ADA Library Digital Repository

Uşaqyönümlü, demokratik məktəbəqədər təhsil : “addım-addım” yanaşması

Show simple item record

dc.contributor.author Mikayılova, Ülviyyə
dc.contributor.author Zeynalov, Mənsur
dc.contributor.author Kərimova, Yuliya
dc.contributor.author Kazımzadə, Elmina
dc.date.accessioned 2022-09-26T08:07:11Z
dc.date.available 2022-09-26T08:07:11Z
dc.date.issued 2021
dc.identifier.isbn 9789952540192
dc.identifier.uri http://hdl.handle.net/20.500.12181/467
dc.description.abstract Hörmətli oxucular! Əlinizdə tutduğunuz Addım-addım Beynəlxalq Assosiasiyası tərəfindən hazırlanan bu kitabın ərsəyə gəlməsində çox insanın əməyi var. Amma mən öncə uşaqlara, onların ailələrinə və müəllimlərə təşəkkürümü bildirmək istəyirəm. Burada əksini tapan maraqlı ideyalar və innovativ yanaşmalar məhz müəllimlərin uşaqlar üçün ən yaxşı təcrübə yaratmaq niyyətindən ilhamlanır. Kitabda ölkəmizdə 1998-ci ildən tətbiqinə başlanan, 2001-ci ildə Təhsil Nazirliyinin kollegiyası tərəfindən məktəbəqədər təhsil üçün alternativ texnologiya kimi tanınan “Addım-addım” yanaşmasının tətbiqi müddətində qazanılmış uğurlar və müxtəlif ölkələrdən olan mütəxəssislərin təcrübələrində sınaqdan keçirilmiş nəzəriyyə və tətbiqi məsələlər təqdim edilir. Burada təsvir olunan nəzəri yanaşmalar (konstruktivizm, sosial konstruktivizm, sosial-mədəni nəzəriyyələr və digərləri) və onlardan irəli gələn təcrübələr artıq bir sıra ölkələrin erkən yaş dövrü təhsil sistemlərinin təməlində durur və müxtəlif dövlət sənədlərində tövsiyə olunan pedaqoji sistemlər kimi təqdim olunur. Sevindirici haldır ki, artıq bir neçə ildir ölkədə tətbiq olunan məktəbəqədər kurikulumun nəzəri əsasları da məhz bu kitabda təsvir olunan nəzəriyyələrlə üst-üstə düşür. Baxmayaraq ki, təqdim edilən kitabda hər fəsil maraqlı, ən əsası praktikdir, lakin çox vacib praktik mahiyyəti olan inkişaf sahələri və kurikulumun məzmun sahələri arasında olan əlaqələrinə, onları təsvir edən nümunələrə xüsusi diqqət yetirmənizi tövsiyə edərdim. Daha nəyə? Uşaqların kompetensiyalarının təyininə və həmin kompetensiyaların pedaqoji yanaşmalar vasitəsilə necə inkişaf etdirə biləcəyimizə. Daha nəyə? Müəllimlərin peşəkarlığının inkişafı üçün qabaqcıl təhsil sistemləri tərəfindən qəbul edilmiş “tənqidi refleksiya” yanaşmasına, həmin yanaşmanın hərtərəfli təsvirinə. Daha nəyə? Erkən yaş uşaqların təhsili və inkişafında qiymətləndirmənin rolu, aparılma mexanizmi və praktik nümunələrinə. Bu kitab öz üzərində işləyən peşəkar müəllimlər, istər uşaq bağçası, körpələr evində işləyənlər, istərsə də, məktəb və digər məkanlarda məktəbəhazırlıq pilləsində dərs deyənlər üçün çox dəyərli və praktik bələdçidir. “Mən yaxşı müəlliməm? Mənim uşaqlarım yaxşı öyrənir? Mən uşaqlarımın daha da yaxşı öyrənməsi üçün nələr edə bilərəm?” kimi sualları özünüzə verirsinizsə, bu kitab sizin üçündür. en_US
dc.description.abstract Ülviyyə Mikayılova – Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi İctimai Birliyinin sədri, Beynəlxalq Addım-addım Assosiasiyasının Proqram komitəsinin üzvü, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü
dc.language.iso az en_US
dc.publisher TEAS Press en_US
dc.rights Attribution-NonCommercial-NoDerivs 3.0 United States *
dc.rights.uri http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ *
dc.subject.lcsh Inclusive education. en
dc.subject.lcsh Inclusive education--Trainings. en
dc.subject.lcsh Children with disabilities--Education. en
dc.subject.lcsh Mainstreaming in education. en
dc.title Uşaqyönümlü, demokratik məktəbəqədər təhsil : “addım-addım” yanaşması en_US
dc.type Book en_US


Files in this item

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Attribution-NonCommercial-NoDerivs 3.0 United States Except where otherwise noted, this item's license is described as Attribution-NonCommercial-NoDerivs 3.0 United States

Search ADA LDR


Advanced Search

Browse

My Account