ADA Library Digital Repository

İnklüziv təhsilə dair ümumi anlayiş, pedaqoji kadrlarin peşəkar hazirliği və mövcud resurslar haqqinda sosial tədqiqat : Analitik hesabat

Show simple item record

dc.contributor.author Fərədov, Tahir
dc.contributor.author Balayeva, Ayşəm
dc.date.accessioned 2022-08-29T12:12:34Z
dc.date.available 2022-08-29T12:12:34Z
dc.date.issued 2018
dc.identifier.uri http://hdl.handle.net/20.500.12181/419
dc.description.abstract Son illərdə Azərbaycanda inklüziv təhsilin tətbiqi məsələlərinə dövlət orqanları və qeyri-hökumət təşkilatları tərəfindən xüsusi diqqət yetirilmişdir. Bu problemin hədsiz əhəmiyyəti və vacibliyi tədris prosesi ilə əhatə olunmayan və sosial həyatda iştirak etməyən çox sayda uşağın mövcudluğu ilə bağlıdır. Statistik məlumatlara görə hazırda Azərbaycanda 65482 əlilliyi olan uşaq var. Əlilliyi olan uşaqlar əsasən xüsusi məktəblərdə, xüsusi internat məktəblərində və ya evdə təhsilə cəlb olunmuşdurlar. Digər tərəfdən, əlilliyi olan uşaqlar üçün nəzərdə tutulan mövcud təhsil təminatından istifadə imkanları bütün ölkəni əhatə etmir. Buna görə əlilliyi olan uşaqların, onların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb olunmasının təmin edilməsi çox vacibdir. Əlilliyi olan uşaqların digər hüquqları ilə yanaşı, təhsil hüququnun qorunması və dəstəklənməsi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Məsələn, 2006-cı il dekabrın 13-də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya əlilliyi olan şəxslərin təhsil hüquqlarının bir çox tərəflərini əhatə edir və inklüziv təhsilin hər kəs üçün ən yaxşı təhsil mühiti olduğunu təşviq edir. Vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş təhsil hüquqlarını təmin etmək məqsədi ilə “Təhsil haqqında” və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. Eyni zamanda, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda sağlamlıq imkanları məhdud şəxslərin təhsili və peşə hazırlığı ilə bağlı məsələlər öz əksini tapmışdır. Ölkəmizdə inklüziv təhsilin tətbiqi ilə bağlı 2004-cü ildən başlayaraq təşəbbüslər olmuşdur. Əlilliyi olan uşaqların təhsilinin təşkili ilə əlaqədar 2005-2009-cu illər üçün inkişaf proqramı çərçivəsində inklüziv təhsilin təşkili ilə bağlı 3 pilot layihənin icrasına başlanılmışdır. “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi üzrə pilot məktəblərin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmri əsasında 4 pilot ümumi orta təhsil müəssisəsində İT tətbiq edilir. Sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla birgə təhsilə (inklüziv təhsilə) cəlb olunması üçün “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi zəruridir. Dövlət Proqramının məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir. 4 Eyni zamanda vurğulamaq lazımdır ki, inklüziv təhsil sahəsində layihələrin, fəalliyətlərin səmərəli, effektiv idarə edilməsi və optimal şəkildə həyata keçirilməsi üçün faktiki vəziyyətin, müxtəlif peşəkar kateqoriyalarının, sosial qrupların nümayəndələrinin fikirlərini və qiymətləndirmələrini aydın şəkildə bilmək və başa düşmək lazımdır. Bunları nəzərə alaraq, bu məqsədə çatmaq üçün ölkədə əlilliyi olan uşaqların təhsilə cəlb edilməsini, həmçinin keyfiyyətli təhsillə əhatə olunmasını təmin etmək, mövcud maneələri və çətinlikəri, həmçinin mövcud resursların müəyyən edilməsi məqsədilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Bakı şəhərində, Şamaxı, Quba, Ağcabədi, Şəki və Cəlilabad rayonlarında ehtiyacların qiymətləndirilməsi məqsədilə hərtərəfli sosioloji tədqiqat aparılmışdır. en_US
dc.language.iso az en_US
dc.publisher “Regional İnkişaf” İctimai Birliyi en_US
dc.rights Attribution-NonCommercial-NoDerivs 3.0 United States *
dc.rights.uri http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ *
dc.subject.lcsh Inclusive education. en
dc.subject.lcsh Children with disabilities--Education. en
dc.subject.lcsh Mainstreaming in education. en
dc.title İnklüziv təhsilə dair ümumi anlayiş, pedaqoji kadrlarin peşəkar hazirliği və mövcud resurslar haqqinda sosial tədqiqat : Analitik hesabat en_US
dc.type Book en_US


Files in this item

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Attribution-NonCommercial-NoDerivs 3.0 United States Except where otherwise noted, this item's license is described as Attribution-NonCommercial-NoDerivs 3.0 United States

Search ADA LDR


Advanced Search

Browse

My Account