ADA Library Digital Repository

Məktəbəhazırlıq və ibtidai təhsil pilləsində oxuyan uşaqlarda xüsusi öyrənmə pozuntularının : Disleksiya, disqrafiya və diskalkuliyanın aşkarlanması, diaqnostikası və müdaxilə strategiyaları üzrə müəllimlər, məktəb psixoloqları və digər uşaq inkişafı üzrə mütəxəssislər üçün metodik vəsait

Show simple item record

dc.contributor.author Rzayeva, Nərminə Davud qızı
dc.contributor.author Danilyaviçüte, Elyana
dc.contributor.author Kərimova, Yuliya
dc.date.accessioned 2024-10-13T14:15:45Z
dc.date.available 2024-10-13T14:15:45Z
dc.date.issued 2022
dc.identifier.uri http://hdl.handle.net/20.500.12181/879
dc.description.abstract Müəllimlər üçün disleksiya, disqrafiya və diskalkuliya kimi xüsusi öyrənmə pozuntularının izahına həsr olunmuş bu vəsaitin yaradılması ideyası “Ağ yelkən metodologiya və tədris mərkəzi”nə məxsusdur. İbtidai təhsil pilləsində oxuyan şagirdlərin üzləşdiyi öyrənmə pozuntuları (və çətinlikləri) barədə müəllimlər üçün vəsaitin yaradılması fikri bir 4-cü sinif şagirdin başına gələnlər barədə eşitdiyimizdən sonra ağlımıza gəldi. Qızcığaz 4-cü sinfi bitirirdi, ailədə hər kəs çox xoşbəxt idi və günlərin bir günündə qızın xalası qonaq gəlib, ona kitab hədiyyə etmişdi. Bacısı qızı ilə birlikdə kitab oxumaq istəyən xala gördü ki, qızımız üzdən oxumaqda çətinlik çəkir. Yeni mətni ilk dəfə gördüyünə görə uşaq həyacanlandı, o, sözlərin ilk hecasını oxuduqdan sonra, sonuncu hecanı özündən deyir və nəticədə tamamilə yeni bir söz alınır. Ondan daha diqqətli olmasını istəniləndə, qızcığaz çox çalışdı: tez-tez pauza verməklə, dərin nəfəs almaqa, xalanın dodaqlarından sözlərin oxunuşunu anlamaqla oxumağa davam etdi. Çətinliklə bir cümləni oxuyub bitirəndən sonra isə, oxuduğundan nəyi Disleksiya, disqrafiya və diskalkuliya anlayışları loqoped, korreksiyaedici təlim üzrə mütəxəssislərə və uşaq psixoloqlara tanış olan terminlərdir. Əminik ki, bəzi valideynlər də bu terminlərlə tanışdırlar. Müəllimlər isə bu anlayışları peşəkar hazırlıq zamanı öyrənmədikləri səbəbindən, disleksiya, disqrafiya və diskalkuliyanın yaratdığı çətinlikləri fərqləndirə bilmirlər, onlar uşaqların üzləşdiy problemləri görsələr də, adətən həmin çətinlikləri müxtəlif fərdi və mühitlə bağlı faktorlarla əlaqələndirirlər. Mərkəzimizin mütəxəssisləri inanır ki, erkən yaş və məktəbəhazırlıq dövrü uşaqların inkişafı və böyüməsi üçün ən həssas dövrdür. Bu səbəbdən biz bütün fəaliyyətlərimizi uşaqların böyüməsinə və inkişafına nə qədər təsir edəcəyini düşünərək planlaşdırırıq və uşaqlar üçün təcrübələrin maksimum səmərəli olması üçün çalışırıq. Hazırki vəsaiti məktəbəhazırlıq və ibtidai təhsil pilləsində oxuyan uşaqların ən çox üzləşdiyi və bəzən ömür boyunca onlarla yaşamaq məcburiyyətində olduqları, insan ömründə oxu və yazı kimi vacib fəaliyyətlərə təsir edən və müxtəlif səbəblərdən qaynaqlanan çətinlik və pozuntuların təsvirinə həsr etmişik. “Ağ yelkən” metodologiya və tədris mərkəzinin komandası erkən yaş dövrü təhsili və inkişafı sahəsində beynəlxalq tədqiqatlarla sübut olunmuş metodologiyanı tətbiq edir. Bizim metodiki yanaşmamız və yaratdığımız proqramlar iki mühüm prinsipə əsaslanır: uşaqyönümlülük və inkişafyönümlülük. en_US
dc.language.iso az en_US
dc.publisher Ağ yelkən metodologiya və tədris mərkəzi en_US
dc.rights Attribution-NonCommercial-NoDerivs 3.0 United States *
dc.rights.uri http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ *
dc.subject Dyslexia. en_US
dc.subject Dyslexic children -- Education. en_US
dc.subject Children with disabilities -- Education. en_US
dc.title Məktəbəhazırlıq və ibtidai təhsil pilləsində oxuyan uşaqlarda xüsusi öyrənmə pozuntularının : Disleksiya, disqrafiya və diskalkuliyanın aşkarlanması, diaqnostikası və müdaxilə strategiyaları üzrə müəllimlər, məktəb psixoloqları və digər uşaq inkişafı üzrə mütəxəssislər üçün metodik vəsait en_US


Files in this item

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Attribution-NonCommercial-NoDerivs 3.0 United States Except where otherwise noted, this item's license is described as Attribution-NonCommercial-NoDerivs 3.0 United States

Search ADA LDR


Advanced Search

Browse

My Account