ADA Library Digital Repository

Statistikanın ümumi nəzəriyyəsi : Dərs vəsaiti

Show simple item record

dc.contributor.author Muradov, P.
dc.date.accessioned 2023-12-12T12:07:17Z
dc.date.available 2023-12-12T12:07:17Z
dc.date.issued 2010
dc.identifier.uri http://hdl.handle.net/20.500.12181/766
dc.description.abstract Azərbaycan Respublikasının suverenliyinin 1991-ci ildə bərpa olunduğu və dövlətin müstəqil sosial-iqtisadi siyasət yeritdiyi bir şəraitdə, respublikanın ictimai-iqtisadi həyatında baş verən köklü dəyişikliklər haqqında informasiyanın obyektivliyinin təmin olunmasında statistikanın rolu xeyli güclənmişdir. Ölkənin əhalisi, istehsal sahələri, sənaye, kənd təsərrüfatı, maliyyə orqanları və s. haqqında elmi əsaslarla işlənmiş statistika məlumatı ilə təmin edilməsi, obyektiv, düzgün statistika xidmətinin təşkil olunmasım tələb edir. İqtisadi inkişaf tarixi göstərir ki, statistika məlumatı olmadan dövləti idarə etmək, sosial-iqtisadi hadisələrin inkişaf xüsusiyyətlərin, öyrənmək mümkün deyildir. Hazırkı şəraitdə sosial-iqtisadi hadisələrin hərtərəfli təhlili, milli iqtisadiyyatımızın idarə edilməsinin mühüm vasitəsi olan statistikanın qarşısında yeni vəzifələr qoymuşdur. Respublikada uçot və statistikanın beynəlxalq standartlarına keçilməsi, Proqramda göstərildiyi kimi onun əsaslarını bilən yüksək ixtisaslı iqtisadçı kadrların hazırlandığı şəraitdə mümkündür. Bu, öz növbəsində, respublikada mühasibat uçotu, beynəlxalq münasibətlər, sosial sahələrdə, bank uçotu və statistika üzrə ixtisaslı kadrların hazırlanmasını nəzərdə tutan nümunəvi tədris planlarının, proqramların, tədris və başqa tədris metodiki vəsaitlərin yaradılmasını tələb edir. Beynəlxalq təşkilatlatrm metodoloji tövsiyələrinə və habelə Azərbajcan Respublikasının normativ sənədlərinə əsasən sosial-iqtisadi göstəricilərin formalaşdırmasına və bazar iqtisadiyyatı göstəricilərinnin hesablanmasına tamamilə yeni metodologiya və prinsiplərlə yanaşılması tələb olunur. Statistikanın vəzifəsi, hər şeydən əvvəl, sosial-iqtisadi vəziyyəti əks etdirən obyektiv, tam dolğun məlumatlar toplamaq və onun hərtərəfli işlənməsi sistemləşdirilməsi nəticəsində ölkənin iqtisadi inkişafını və xalqın həyat səviyyəsini təmin edən, elmi cəhətdən əsaslandırılmış təkliflər verməkdən ibarətdir. Statistika elminin əsas və birinci sahəsi olan “Statistikanın ümumi nəzəriyyəsi” kursunda statistika elminin ümumi kateqoriyaları, prinsipləri və metodları yeni proqrama uyğun ardıcıllıqla şərh edilir. “Statistikanın ümumi nəzəriyyəsi” dərs vəsaitində bütün mövzular demək olar ki, yeni faktiki statistik məlumatlar əsasında və yeni proqrama uyğun şəkildə işlənilmişdir. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli sərəncamına əsasən “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair” tarixi Dövlət Proqramına əsasən və bazar münasibətləri şəraitində statistika orqanları qarşısında qoyulan analitik işləri gücləndirməklə əlaqədar olaraq “Statistikanın ümumi nəzəriyyəsi” dərs vəsaitinin ətraflı işlənməsinə ehtiyac yaranmışdır. Statistikanın ümumi nəzəriyyəsinin dərs vəsaitinin nəşrinin həyata keçiriılməsi ali məktəblərin iqtisad fakültələrində təhsil alan tələbələr, magistrlər, aspirantlar və həmçinin müəllimlər üçün çox əhəmiyyətlidir. Müəllif, Azərbaycan Dövlət İqtisad Universitetinin “Statistika” kafedrasının müəllimlərinə və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin işçilərinə, dərs vəsaitinin hazırlanmasında dəyərli təkliflərinə və faktiki statistik məlumatlarla təmin etdiklərinə görə öz minnətdarlığını bildirir. Oxuculardan dərs vəsaitilə əlaqədar təklif və arzularım Azərbaycan Dövlət iqtisad Universitetinin “Statistika” kafedrasına göndərmələri xahiş olunur. en_US
dc.language.iso az en_US
dc.publisher İqtisad Universiteti en_US
dc.rights Attribution-NonCommercial-NoDerivs 3.0 United States *
dc.rights.uri http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ *
dc.subject Statistics. en_US
dc.subject Statistics -- Study and teaching. en_US
dc.subject Statistics -- Problems and exercises. en_US
dc.title Statistikanın ümumi nəzəriyyəsi : Dərs vəsaiti en_US
dc.type Book en_US


Files in this item

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Attribution-NonCommercial-NoDerivs 3.0 United States Except where otherwise noted, this item's license is described as Attribution-NonCommercial-NoDerivs 3.0 United States

Search ADA LDR


Advanced Search

Browse

My Account