ADA Library Digital Repository

Azərbaycanşünaslıq Mühazirələri

Show simple item record

dc.contributor.author Cəfərov, Nizami
dc.date.accessioned 2023-12-11T08:54:15Z
dc.date.available 2023-12-11T08:54:15Z
dc.date.issued 2023
dc.identifier.uri http://hdl.handle.net/20.500.12181/762
dc.description.abstract Azərbaycan universitetlərində azərbaycanşünaslıq fənninin tədrisinin artıq müəyyən təcrübəsi olsa da, elmi-metodiki baxımdan əsaslandırılmış az-çox ümumi bir proqramın mövcudluğu barədə danışmaq çətindir. Bu, ondan irəli gəlir ki, azərbaycanşünaslıq, bir fənn olaraq, öz yerini etnosşünaslıqla ölkəşünaslıq arasında axtarır. Və tədris təcrübəsində gah etnosşünaslığa, gah da ölkəşünaslığa üstünlük verilir. Birinci halda etnosun (xalqın, millətin) təşəkkülü, onun əsas əlamətlərinin (dil, ədəbiyyat, incəsənət, ümumən etnik-mədəni sistemin) formalaşması, xalqı xalq edən dəyərlərin mənzərəsi diqqət mərkəzinə çəkilir; ikinci halda isə ölkənin (coğrafiyanın) etnoqrafik özünəməxsusluqları, rəngarənglikləri ön plana keçir. ADA Universitetində deyilmiş bu mühazirələrdə azərbaycanşünaslıq, prinsip etibarilə, etnosşünaslıq mövqeyindən araşdırılmışdır. Lakin Universitet rəhbərliyinin (rektor, Prof. Dr. Hafiz Paşayevin) məsləhəti ilə belə qərara gəlinmişdir ki, sözün geniş mənasında mənbə (obyekt) kimi bədii ədəbiyyat materialına istinad edilsin. Odur ki, hər bir mühazirə Azərbaycan xalqının ədəbiyyatı tarixinin bütöv bir dövrünə həsr olunmaqla, həmin dövrdə qazanılmış etnik (milli) mənəvi-ideoloji dəyərlərin sferasını, hüdudlarını müəyyənləşdirir. Ədəbiyyat isə xalqın ictimai həyatı ilə bilavasitə bağlı olduğundan, təbii ki, mühazirəçi çox tez tez cəmiyyətin ədəbiyyatdakı obrazını da müzakirə predmetinə çevirməyə ehtiyac duyur. Mühazirələrdə azərbaycançılıq (ideologiya!) ilə azərbaycanşünaslığın (elmin!) qarşılıqlı (metodoloji!) əlaqədə təqdiminə cəhd göstərilmişdir. en_US
dc.language.iso az en_US
dc.publisher ADA University en_US
dc.rights Attribution-NonCommercial-NoDerivs 3.0 United States *
dc.rights.uri http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ *
dc.subject Azerbaijan -- History. en_US
dc.subject Azerbaijan -- Civilization. en_US
dc.subject Azerbaijan -- Ethnography. en_US
dc.title Azərbaycanşünaslıq Mühazirələri en_US
dc.type Book en_US


Files in this item

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Attribution-NonCommercial-NoDerivs 3.0 United States Except where otherwise noted, this item's license is described as Attribution-NonCommercial-NoDerivs 3.0 United States

Search ADA LDR


Advanced Search

Browse

My Account