ADA Library Digital Repository

Dərsliklərin işlənib hazirlanmasi və təhlil edilməsi

Show simple item record

dc.contributor.author Jerar, Fransua-Mari
dc.contributor.author Rojye, Ksavye
dc.contributor.author Bosman, Kristian
dc.contributor.author Oyos, Jorj
dc.contributor.author Yujen, Jorj
dc.date.accessioned 2022-10-20T08:32:40Z
dc.date.available 2022-10-20T08:32:40Z
dc.date.issued 2022
dc.identifier.uri http://hdl.handle.net/20.500.12181/471
dc.description.abstract Kompyuter, audio-video və digər təhsil vəsaitlərinin əsl canlanmasının baş verdiyi müasir dövrdə məktəb dərsliyi hələ uzun müddət ərzində ən geniş yayılan və, şübhəsiz ki, ən səmərəli təhsil vəsaiti olaraq qalacaqdır. Dərsliyin tərtibatının (üzlənmiş çap məhsulu), demək olar ki, dəyişmədiyinə baxmayaraq, onun pedaqoji fəaliyyətdəki təyinatı və yeri xeyli təkamül etmişdir. Ənənəvi olaraq, dərslik əsasən bilik ötürücüsü və çalışmalar toplusu kimi istifadə edilirdi. Onun həm də ictimai və mədəni dəyərləri yaymaq kimi gizli təyinatı var idi. Bu gün yuxarıda qeyd edilən təyinat yenə də əsas olaraq qalır. Lakin, bununla yanaşı, məktəb dərslikləri yeni tələbatları da ödəməlidirlər: şagirdlərə müstəqil fəaliyyət vərdişləri aşılamalı, müxtəlif tədris üsullarının tətbiq edilməsi üçün şərait yaratmalı, əldə edilən biliklərin gündəlik həyatda tətbiq edilməsinə şərait yaratmalıdırlar və s. (hələ bu, dərsliyin yeni təyinatlarının heç də tam siyahısı deyildir). Məhz bu mənada biz ibtidai və ya orta məktəbdə dərs vəsiatlərinin tərtib və ya təhlil edilməsi məsələsi ilə üz-üzə qalan bütün şəxsləri doğru istiqamətə yönəltmək və həm pedaqoji elmin ən son nailiyyətlərinin, həm də müxtəlif ölkələrin təhsil strategiyalarının həmin şəxslər tərəfindən nəzərə alınmasını təmin etmək üçün müəyyən üsulları təklif etməyi lazım bildik. Bu kitabda eyni zamanda həm nəzəri, həm də təcrübi üsullar təqdim edilmişdir. Nəzəri üsullar əsasən məktəb dərsliklərinin işlənib hazırlanmasının konseptual əsasını müəyyən edən birinci hissədə verilmişdir. Sözsüz ki, konseptual əsasın təhlilini dərsliyin tərtib və təhlil edilməsindən ayırmaq olmaz. Birinci hissənin məzmunu məktəb dərsliklərinin dar cəhətlərindən xeyli kənara çıxır və bütövlikdə tədris-təlim fəaliyyəti ilə əlaqədar olan bütöv anlayışlar silsiləsini yaratmağa imkan verir. Təcrübi üsullar dərslik konsepsiyasının yaradılmasına və dərsliyin keyfiyyətinin təhlil edilməsinə həsr olunan əməli bölmələrdə təqdim edilmişdir. Biz səmərələşdirmə məqsədilə bu iki məqamı bir-birindən ayırmışıq. Biz hesab edirik ki, dərslik müəlliflərinin dərsliklərin təhlil edilməsinin əsasını təşkil edən amilləri əvvəlcədən nəzərə almaları təbiidir və dərslik təhlilçiləri yalnız dərslik konsepsiyasının cəhətlərini kifayət qədər dərindən öyrəndikləri təqdirdə öz vəzifələrini lazımi səviyyədə yerinə yetirə biləcəklər. Ola bilər ki, hər hansı misallar bizim qərb ölkələrindən olan oxucularımıza qeyri-adi görünsün. Bu, ondan irəli gəlir ki, biz inkişaf edən ölkələrdə dərslik müəlliflərinin rast gəldikləri müəyyən çətinlikləri, misal üçün, sənaye ölkələri ilə müqayisədə inkişaf edən ölkələrin dərs vəsaitlərinə xeyli çox ehtiyac duyduğunu nəzərə almağa çalışmışıq. Bəzi ölkələr hər əlli, hətta hər yüz nəfər şagirdə bir dərslik təqdim edə bilirlər; halbuki 1992-ci ilin iyulunda Monrealda keçirilən fransızdilli ölkələrin təhsil nazirlərinin konfransında 2000-ci ilədək hər şagirdin dərsliklə təmin edilməsinin zəruri şərt olduğu bir daha təsdiq edilmişdir. Biz məktəb dərsliklərinin işlənib hazırlanması və təhlil edilməsi ilə əlaqədar olan bir çox seminarın elmi cəhətdən əlaqələndirilməsini bizə etibar etməklə, bu sahədə bizim təcrübəmizin zənginləşməsinə, habelə bir sıra fransızdilli dövlətlərlə əməkdaşlıq qurmağımıza kömək edən Mədəni və texniki əməkdaşlıq agentliyinin Bordo şəhərində yerləşən Beynəlxalq məktəbinə, o cümlədən Rober Fürlon və Jak Toma cənablarına öz minnətdarlığımızı bildirmək istərdik. Biz həm də bizim müddəalarımızı dəqiqləşdirməyə və aydınlaşdırmağa kömək edən, Tədris və təlim üsulları və vasitələri bürosunda çalışan həmkarlarımıza, o cümlədən bu kitab üzərində işlədiyimiz bütün müddət ərzində bizə diqqət göstərdiyinə və dayaq durduğuna görə professor Jan Mari de Ketelə təşəkkür etmək istərdik. Fransua-Mari Jerar; Ksavye Rojye en_US
dc.language.iso az en_US
dc.publisher AB OVO en_US
dc.rights Attribution-NonCommercial-NoDerivs 3.0 United States *
dc.rights.uri http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ *
dc.subject.lcsh Education--Azerbaijan en
dc.subject.lcsh Textbooks--Azerbaijan en
dc.title Dərsliklərin işlənib hazirlanmasi və təhlil edilməsi en_US
dc.title.alternative İnkişaf edən pedaqogika metodik təcrübə en_US
dc.type Book en_US


Files in this item

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Attribution-NonCommercial-NoDerivs 3.0 United States Except where otherwise noted, this item's license is described as Attribution-NonCommercial-NoDerivs 3.0 United States

Search ADA LDR


Advanced Search

Browse

My Account