ADA Library Digital Repository

Çoxuşaqlı siniflərdə tədris üçün praktiki məsləhətlər

Show simple item record

dc.contributor.author RİİB
dc.date.accessioned 2022-08-30T10:34:12Z
dc.date.available 2022-08-30T10:34:12Z
dc.date.issued 2022
dc.identifier.uri http://hdl.handle.net/20.500.12181/429
dc.description.abstract 2000-ci ilin aprel ayında Seneqalda keçirilmiş Dünya Təhsil Forumunda qəbul edilmiş Dakar Fəaliyyət Çərçivəsi təhsili fundamental insan hüququ kimi təsdiq edir. Təhsil almaq hüququnun təmin olunmasının YUNESKO-nun əsas missiyalarından biri olduğunu nəzərə alaraq ona üzv olan ölkələr də bu hüququ təsdiq edərək onu tanıyır. Bu təhsil həm də keyfiyyətli olmalıdır. Belə ki, YUNESKO nəinki təhsil hüququnu, xüsusilə hamının keyfi yyətli təhsil almaq hüququnun olduğunu vurğulayır. YUNESKO-nun Müxtəlifl iyin dəstəklənməsi: İnklüziv və öyrənmə üçün əlverişli mühitin yaradılması üzrə nəşri (ILFE) məktəbləri və sinifl əri daha inklüziv, öyrənmə üçün əlverişli və genderə həssas etmək üçün hərtərəfl i və praktiki vasitələr təklif edir. ILFE vəsait dəstini əlavə istinad kimi zənginləşdirən bu bələdçi, əsas diqqəti çoxuşaqlı sinifdə tədris prosesi zamanı nəzərə alınmasına ehtiyac duyulan xüsusi məsələlər üzərində formalaşdırır. Sözügedən vəsaitin məqsədi müəllimlərə çoxuşaqlı siniflərdə təhsilin keyfiyyətinə xələl gətirmədən tədris prosesini necə aparmasına dair praktiki təlimatlar verməkdir. Çoxuşaqlı siniflər adətən keyfiyyətli təhsilin təmin edilməsində əsas maneələrdən biri kimi qəbul edilir. Həqiqətən də bir çox elmi tədqiqatların nəticələri çoxuşaqlı sinifl ərin mənfi cəhətlərini nümayiş etdirərək keyfiyyətli təhsilin təmin edilməsində əsas amil kimi azuşaqlı sinifləri təbliğ edir. Lakin buna baxmayaraq çox vaxt keyfiyyətli təhsilin təmin edilməsi üçün yetəri sayda müəllim və sinifl ərin təchiz olunmasında birbaşa olaraq siyasi iradənin, müvafiq maliyyə dəstəyinin olmaması nəticəsində real olaraq bir çox ölkələrdə, məktəblərdə çoxuşaqlı siniflər üstünlük təşkil edir. Çoxuşaqlı sinifl ərdə tədrisin çətinliyinin qarşısını almaq məqsədilə vasitələrin təmin olunması məktəblərdə hamı üçün keyfiyyətli təhsilin (HÜT) təmin edilməsi istiqamətində mühüm addımlardan biridir. Bu rəhbərlik çoxuşaqlı sinifl ərdə tədrislə əlaqəli bütün çətinliklərə universal həll təklif etmir. Bu vəsait, hər gün çoxuşaqlı siniflərdə tədris çətinlikləri ilə üzləşən müəllimlərə faydalı ola biləcək geniş çeşidli praktiki metod və təcrübələri təqdim etməyə çalışır. Əlavə olaraq, burada çoxuşaqlı sinfiproblem əvəzinə təlim-tədris prosesində resurs kimi görmək və ən yaxşı mümkün üsullarla sinfi idarə etmək üçün ipucları, tövsiyələr təmin edilir. Bu vəsait həmçinin perspektivi yalnız didaktik yanaşmalar üzərində fokuslanan tədrisdən daha çox uşaqyönümlü və öyrənmə üçün əlverişli mühiti vurğulayan metodlara istiqamətləndirir. İnklüziv və öyrənmə üçün əlverişli mühitin yaradılması (ILFE) yalnız uşağa deyil, həm də müəllimlərə dostyana münasibəti özündə birləşdirir. Belə ki, keyfiyyətli təhsilin təmin edilməsi və təkmilləşdirilməsində müəllimlər yeganə ən vacib amildir. Şagirdləri gələcək üçün hazırlamaq öhdəliyinin böyük hissəsi onların üzərinə düşür. Məhz bu səbəbdən, YUNESKO-nun məqsədi sözügedən öhdəliyi yerinə yetirmək üçün müəllimləri mühüm alətlər, bacarıqlar və lazımi dəstəklə təmin etməkdir. Ümid edirik ki, ILFE vəsait dəstinin digər kitabçalarında olduğu kimi müəllimlər gündəlik iş həyatında üzləşdikləri çətinlikləri, ehtiyacları qarşılamaq məqsədilə bu bələdçidə təqdim edilən məzmun və metodlardan faydalanacaqlar. Bu bələdçi böyük kollektiv əməyin səyi nəticəsində ərsəyə gəlmişdir. Sənəd Mahidol Universitetinin Qidalanma İnstitutunda, eyni zamanda inklüziv təhsil və gender üzrə YUNESKO-da, eləcə də YUNİSEF-in Şərqi Asiya və Sakit Okean Regionu üzrə Ofisi (EAPRO) və “Uşaqların xilası” (Save the Children) təşkilatında uşaqlara yönəlik məktəblərin yaradılması üçün məsləhətçi qismində çalışan Corc Attiq tərəfi ndən yazılmış və ona düzəlişlər edilmişdir. O cümlədən, bu bələdçi dünyanın müxtəlif nöqtələrində yaşayan təhsil işçilərinin irad və təklifl ərini özündə cəmləyir. YUNESKO Banqkok bu sənədin ərsəyə gəlməsində öz töhfəsini verən hər kəsə təşəkkürünü bildirir. Hər bir irad və təklif nəzərə alınaraq bu bələdçi, habelə ILFE vəsaitlər dəsti zənginləşdirilmişdir. YUNESKO-nun Asiya və Sakit Okean Regionu üzrə Təhsil Bürosunda proqram köməkçisi qismində çalışan Oçirxuyaq Qanxuyaq bu prosesi koordinasiya etmişdir. en_US
dc.language.iso az en_US
dc.publisher “Regional İnkişaf” İctimai Birliyi en_US
dc.rights Attribution-NonCommercial-NoDerivs 3.0 United States *
dc.rights.uri http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ *
dc.subject.lcsh Inclusive education. en
dc.subject.lcsh Inclusive education--Trainings. en
dc.subject.lcsh Children with disabilities--Education. en
dc.subject.lcsh Mainstreaming in education. en
dc.title Çoxuşaqlı siniflərdə tədris üçün praktiki məsləhətlər en_US
dc.title.alternative Müxtəlifl iyin dəstəklənməsi : İnklüziv və öyrənmə üçün əlverişli mühitin yaradılması üzrə vəsait dəsti. Xüsusi kitabça 2 en_US
dc.type Book en_US


Files in this item

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Attribution-NonCommercial-NoDerivs 3.0 United States Except where otherwise noted, this item's license is described as Attribution-NonCommercial-NoDerivs 3.0 United States

Search ADA LDR


Advanced Search

Browse

My Account