ADA Library Digital Repository

İnklüziv və öyrənmə üçün əlverişli sinifdə pozitiv nizamintizam : Müəllim və təhsil mütəxəssisləri üçün bələdçi

Show simple item record

dc.contributor.author RİİB
dc.date.accessioned 2022-08-30T09:57:01Z
dc.date.available 2022-08-30T09:57:01Z
dc.date.issued 2022
dc.identifier.uri http://hdl.handle.net/20.500.12181/428
dc.description.abstract Bir çox ölkələrin uşaqları üçün fiziki cəza məktəb təcrübəsinin ayrılmaz tərkib hissəsidir. Bu, uşağa qarşı sərt rəftarın bir formasıdır. Fiziki cəza uşağa qarşı məqsədli zorakılığın tətbiq edilməsidir və bu hal çox geniş miqyasda yayılmışdır. Dünyanın bir çox ölkələrində uşaqları döyən və ya vuran müəllimlərin hüquqi cəhətdən müdafiə mexanizmi hələ də mövcuddur. Fiziki cəzanın xüsusilə uzunmüddətli əsasda effektiv olmadığı sübut edilmiş və o uşaqda utanc, günahkarlıq, qəzəb və aqressiya hissi yaratmaqla yanaşı müstəqillik və mərhəmət hissinin azalmasına səbəb olmaqla müəllimlər, baxıcılar və digər uşaqlar üçün daha böyük problemlərə yol açır. Fiziki cəzanın hələ də mövcud olmasının əsas səbəblərindən biri müəllimlərin onun “nizam-intizamdan” fərqli olduğunu anlamamasıdır. Fiziki cəza uşağı konkret şəkildə davranmaqdan çəkindirdiyi halda pozitiv nizam-intizam üsulları zorakılıq qorxusu olmadan uşağa yeni və düzgün davranış tərzini aşılayır. Digər əsas səbəb müəllimlərin uşağın özünü niyə pis aparmasının səbəbi və bu davranışlara əsaslanaraq onları pozitiv nizam-intizama təşviq etməyin yollarının öyrədilməməsidir. Bir çox hallarda uşaq onun ehtiyaclarının, məsələn diqqətə olan ehtiyacının ödənilmədiyini hiss etdikdə özünü pis aparır. Uşağın özünü pis aparması nəticəsində yaranan narazılıq və onun idarə edilməsində səriştənin olmaması müəllimlərin hirsini uşaqların üstünə tökməsi və fiziki cəzadan və ya emosional cəzanın alçaldıcı formalarından istifadə etməsinə səbəb olur. Müəllim və təhsil mütəxəssisləri üçün nəzərdə tutulan bu bələdçi YUNESKO-nun “Müxtəlifliyin dəstəklənməsi: inklüziv və öyrənmə üçün əlverişli mühitin yaradılması üzrə vəsaitlər dəsti” (ILFE - Inclusive, Learning-Friendly Environments) nəşrini zənginləşdirir. Bu xüsusi kitabça zorakılıq olmadan davranış problemləri ilə pozitiv və önləyici üsullarla mübarizə yollarını təqdim edərək müəllimlər, məktəb rəhbərləri və təhsil rəsmilərinin sinifdə şagirdləri idarə etməsinə yardım etmək məqsədi daşıyır. Burada əl ağacı ilə vurmaq, şapalaqlamaq, çimdikləmək, təhdid etmək, yalvarmaq, rüşvət təklif etmək, qışqırmaq, əmr vermək, təhqir etmək, icbari işə cəlb etmək və hətta digər alçaldıcı tədbirlər kimi cəza nümunələrinə konkret alternativlər qismində pozitiv nizam intizam üsulları təqdim olunur. Bu bələdçi böyük kollektiv əməyin səyi nəticəsində ərsəyə gəlmişdir. Sənəd Mahidol Universitetinin Qidalanma İnstitutunda və eyni zamanda inklüziv təhsil və gender üzrə YUNESKO-da, eləcə də YUNİSEF-in Şərqi Asiya və Sakit Okean Regionu üzrə Ofisi (EAPRO) və “Save the Children” təşkilatında uşaqlara yönəlmiş məktəblərin yaradılması üçün məsləhətçi qismində çalışan “Corc Attiq” tərəfi ndən yazılmış və ona düzəlişlər edil mişdir. O cümlədən, bu bələdçi dünyanın müxtəlif nöqtələrində yaşayan təhsil işçilərinin irad və təklifl ərini özündə cəmləyir. YUNESKO Banqkok bu sənədin ərsəyə gəlməsində öz töhfəsini verən hər kəsə təşəkkürünü bildirir. Hər bir irad və təklif nəzərə alınaraq bu bələdçi, habelə İLFE vəsaitlər dəsti zənginləşdirilmişdir. YUNESKO-nun Asiya və Sakit Okean Regionu üzrə Təhsil Bürosunda proqram köməkçisi qismində çalışan Oçirxuyaq Qanxuyaq bu prosesi koordinasiya etmişdir. en_US
dc.language.iso az en_US
dc.publisher “Regional İnkişaf” İctimai Birliyi en_US
dc.rights Attribution-NonCommercial-NoDerivs 3.0 United States *
dc.rights.uri http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ *
dc.subject.lcsh Inclusive education. en
dc.subject.lcsh Inclusive education--Trainings. en
dc.subject.lcsh Children with disabilities--Education. en
dc.subject.lcsh Mainstreaming in education. en
dc.title İnklüziv və öyrənmə üçün əlverişli sinifdə pozitiv nizamintizam : Müəllim və təhsil mütəxəssisləri üçün bələdçi en_US
dc.title.alternative Müxtəlifliyin dəstəklənməsi : İnklüziv və öyrənmə üçün əlverişli mühitin yaradılması üzrə vəsait dəsti. Xüsusi kitabça 1 en_US
dc.type Book en_US


Files in this item

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Attribution-NonCommercial-NoDerivs 3.0 United States Except where otherwise noted, this item's license is described as Attribution-NonCommercial-NoDerivs 3.0 United States

Search ADA LDR


Advanced Search

Browse

My Account