ADA Library Digital Repository

İnkluziv Təhsil : (Məlumat kitabçası)

Show simple item record

dc.contributor.author Əliyev, Mayis
dc.contributor.author Tağıyeva, Leyla
dc.contributor.author Süleymanov, Fərid
dc.date.accessioned 2022-08-29T09:23:51Z
dc.date.available 2022-08-29T09:23:51Z
dc.date.issued 2018
dc.identifier.uri http://hdl.handle.net/20.500.12181/418
dc.description.abstract Məlumat kitabçası Avropa İttifaqının maliyyə dəstəyi ilə “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun təsis etdiyi “Regional İnkişaf” İctimai Birliyi tərəfindən nəşr olunub. Layihənin əsas məqsədi Bakı şəhəri, Quba, Şəki, Cəlilabad, Ağcabədi və Şamaxı rayonlarında inklüziv təhsil üçün müəllimlərin tədris imkanlarının və idarəetmənin, habelə pedaqoji resursların və siyasətin təkmilləşdirilməsindən ibarətdir. Layihənin xüsusi məqsədlərini aşağıdakı kimi qruplaş dırmaq olar: 1. Pedaqoji kadr hazırlığının təhsil proqramı, dərsliklər və tədris materiallarını təkmilləşdirmək və modernləşdirmək; 2. İbtidai sinif müəllimlərinin, əlilliyi olan uşaqlara dəstək olan digər mütəxəssislərin bilik və bacarıqlarını təkmilləşdirmək; 3. İbtidai sinif müəllimləri və digər mütəxəssisləri resurslarla təmin etmək; 4. İnklüziv təhsil sistemi üçün lazımi şərait yaratmaq, normativ baza və siyasəti təkmilləşdirmək. Məlumdur ki, təhsil sosial proseslərə təsir göstərən mühüm faktor olmaqla, şəxsiyyəti şərtləndirən keyfiyyət və dəyərlərin formalaşmasına xidmət edir. Demokratik təhsil cəmiyyətin bütün üzvlərinin - istər sağlam, istərsə də əlilliyi olan insanların bərabər təhsil alma hüquqlarını təmin edir. Bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına şərait yaratmış olar. Belə bir imkanı isə yalnız inklüziv təhsil yarada bilər. İnklüziv təhsil dedikdə, xüsusi təhsil ehtiyacları və digər səbəblərdən yaranan maneələrə baxmayaraq, bütün uşaqların onlara yaxın ərazidə yerləşən ümumtəhsil məktəblə rində, yaş kateqoriyasına uyğun olan siniflərdə keyfiyyət təhsilə cəlb edilməsi və təlimdə nailiyyət əldə etmələri üçün onlara lazımi dəstəyin göstərilməsi nəzərdə tutulur. İnklüziv təhsil xüsusi təhsil ehtiyacı olan uşaqların öz potensiallarına nail olma imkanını dəstəkləyir, xüsusi təhsil ehtiyacı olan uşaqlarda özünəinamı artırır və digər tipik inkişaf edən uşaqlarla bərabərhüquqlu edir. Müasir dövrümüz xüsusi təhsil ehtiyacı olan şəxslərin və onların qanuni himayəçilərinin təhsil ehtiyacları barədə ictimai məlumatlılığının artırılmasını, onların Azərbaycan Respublikasının təhsil qanunvericiliyi və beynəlxalq konvensiyalarda əks olunmuş təhsil hüquqları barədə təlimatlandırmağı zəruri edir. Kitabçada inklüziv təhsil anlayışı, inkişaf mərhələləri, prinsip ləri, xüsusiyyətləri, Azərbaycanda əlilliyi olan şəxslərin təhsili sahəsində mövcud vəziyyət, inklüziv təhsilin qanunvericilik əsasları, “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə” Dövlət Proqramı, eləcə də beynəlxalq təcrübə haqqında geniş məlumatlar əks olunmuşdur. Kitabça əlilliyi olan uşaqların qanuni himayəçiləri, təhsil işciləri, əlil təşkilatları, valideynlər və müvafiq sahə ilə əlaqəli olan digər peşə sahibləri üçün nəzərdə tutulur. en_US
dc.language.iso az en_US
dc.publisher “Regional İnkişaf” İctimai Birliyi en_US
dc.rights Attribution-NonCommercial-NoDerivs 3.0 United States *
dc.rights.uri http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ *
dc.subject.lcsh Inclusive education. en
dc.subject.lcsh Children with disabilities--Education. en
dc.subject.lcsh Mainstreaming in education. en
dc.title İnkluziv Təhsil : (Məlumat kitabçası) en_US
dc.type Book en_US


Files in this item

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Attribution-NonCommercial-NoDerivs 3.0 United States Except where otherwise noted, this item's license is described as Attribution-NonCommercial-NoDerivs 3.0 United States

Search ADA LDR


Advanced Search

Browse

My Account