ADA Library Digital Repository

Azərbaycançılıq və “Kitabi - Dədə Qorqud” dastanı

Show simple item record

dc.contributor.author Abdulla, Kamal aze
dc.date.accessioned 2021-03-04T11:25:18Z
dc.date.available 2021-03-04T11:25:18Z
dc.date.issued 2020
dc.identifier.uri http://hdl.handle.net/20.500.12181/205
dc.description.abstract Qloballaşma prosesi bəşəriyyətin gələcək inkişafında millətlərarası münasibətləri artırmaqla yanaşı daha təkmil mədəniyyətlararası ünsiyyətin vacibliyini də qarşımıza qoydu. Bu ünsiyyət üçün istifadə etdiyimiz “dil” isə bizi linqvistikadan daha geniş sahələrə yönəltdi- milli kimliyimizi anlayıb, tarix və mədəniyyətimizin bizə açdığı imkanlardan istifadə edib qərarlarımızı formalaşdırmalı və tərəflərə bildirməliyik. Azərbaycanlıların “milli kimliyi” deyəndə, onlara məxsus dəyərlər, ənənələr, mədəniyyət, dil və dinlə çərçivələnən vahid özünüdərk başa düşülürsə, tətbiqdə bu, bir xalqın inkişafda olan hekayəsi kimi də qəbul oluna bilər və, beləliklə, elmi baxımdan daim diqqətdə saxlanılmalıdır. Bu kitabın nəşr olunduğu 2020-ci il də göstərdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin acı nəticələrinin uzun zaman milli kimliyimizə hopdurduğu “məğlubiyyət” hissi az bir zamanda dəyişərək “milli zəfər”ə dönə bilər. Minilliklərlə yaşı olan xalqımız tarixi siyasi səbəblərə görə istiqlal arzusunu yalnız XX əsrdə gerçəkləşdirə bildi. Bu başlanğıcda öz köklərindən ayrı salınmış, milli və dövlətçilik maraqları tapdanmış, keçmişinin zəngin irsi, o cümlədən intellektual, mənəvi və ictimai dəyərləri basılmış azərbaycanlılar ciddi ideoloji boşluq yaşayırdılar. Müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyev “azərbaycançılıq” məfkurəsinin banisi kimi kimlik ideologiyasını dövlət quruculuğunun bütün sahələrinə tətbiq etdi. Bunu edərkən o, Şərqin ilk demokratiyası, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının azərbaycançılıq ideologiyasına müraciət etdi. Müstəqil Azərbaycan dövləti xalqımız üçün ən qiymətli və ali tarixi nailiyyətdir. Onun qorunması, möhkəmləndirilməsi özünü azərbaycanlı hesab edən hər bir insanın müqəddəs borcudur. Bu missiyanı təmin etmək üçün “azərbaycançılıq” ideologiyası təhsilimizin mütxtəlif pillələrində öz əksini tapmalıdır. Belə fəlsəfədən irəli gələrək universitetimizin təşəbbüsü ilə 2014-cü ildən başlayaraq “Azərbaycanşünaslıq” fənninin tədris edilməsi başlandı. O zamana qədər tələbələrimizə milli kimliyin aşılanması həyata keçirdikləri çoxsaylı sosial məsuliyyət layihələri vasitəsi ilə öyrədilirdisə, “Azərbaycanşünaslığ”ın tədrisi bu sistemli yanaşmanı elmi baza ilə möhkəmlətdi. Bu fənni tədris edəcək müəllim kimi milli-mənəvi dəyərlərimizin toplusu və ədəbi fikrimizin zirvəsi hesab edilən “Kitabi-Dədə Qorqud” dastanının aparıcı mütəxəssisi, bütün ədəbi və elmi əsərlərində dərin simvolik mənaları məharətlə və metodoloji şəkildə açan Kamal Abdullaya müraciət etdik. O, təklifimizi qəbul edərək bakalavr proqramının ilk ilinin tələbələri üçün “Azərbaycanşünaslıq” fənnində mühazirələr oxudu. Kursun bəzi mövzularına tanımış alim və yazıçı Nəriman Qasımoğlu və Universitetimizin müəllimi Şəfəq Mehrəliyeva da töhfələrini verdilər. “ADA” Universitetinin oxuculara təqdim etdiyi “Azərbaycançılıq və Kitabi-Dədə Qorqud” kitabı həmin fənnin mühazirələri əsasında tərtib edilib. Ümid edirik ki, bu kitab digər təhsil müəssisələrində də “azərbaycançılıq” məfkurəsinin tədrisində dəyərli vəsaitə çevriləcək. Hafiz Paşayev “ADA” Universitetinin rektoru aze
dc.description.tableofcontents Giriş -- Müəllifdən -- I Hissə AZƏRBAYCANÇILIQ – İNTUİSİYADAN HƏYAT TƏRZİNƏ DOĞRU -- 1. Azərbaycan nədir? -- 2. Azərbaycan dili -- 3. “Azərbaycan” sözünün mənşəyi -- 4. Azərbaycanda multikulturalizm -- 5. “Anamın kitabı” və yaxud üç yolayrıcında -- 6. “Vətən” nədir? -- II Hissə HƏR XALQIN ANA KİTABI -- 1. Rəqəmlərin tarixi və duyğuların tarixi -- 2. Qızıl almanın sirri -- 3. Ptolomey və Kopernik -- 4. Salur quşu və Salur Qazan -- 5. Basat kimdir? -- 6. “Kitabi-Dədə Qorqud” dastanı və biz. -- III Hissə “KİTABİ-DƏDƏ QORQUD” DASTANI – AZƏRBAYCANŞÜNASLIĞIN ƏSAS QAYNAĞ -- 1. “Kitabi-Dədə Qorqud” – həyat və azərbaycançılıq dərsləri -- 2. Dastanda dövlətçilik rüşeymləri -- 3. “Kitabi-Dədə Qorqud” – möhtəşəm quruluş -- "DƏDƏ QORQUD" DASTANI VƏ YUNAN MİFOLOJİ MOTİVLƏRİ -- V Hissə XALQIN TARİXİ . Vətən... Vətən -- VI Hissə AZƏRBAYCAN VƏ İNTİBAH DÖVRÜ -- 1. Azərbaycançılıq və Renessans -- 2. Nizami va Renessans -- VII Hissə AZƏRBAYCAN MAARİFÇİLİYİ -- VIII Hissə AZƏRBAYCAN XIX ƏSRDƏ -- 1. Azərbaycan “ilk dəfələri” -- IX Hissə XX ƏSRDƏ AZƏRBAYCAN YENİLİKLƏRİ -- X Hissə AZƏRBAYCAN XX ƏSRDƏ -- XI Hissə HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN -- ƏDƏBİYYAT SİYAHISI aze
dc.format 1 online resource (281 pages) en
dc.language.iso az en_US
dc.publisher ADA University en_US
dc.rights Attribution-NonCommercial-NoDerivs 3.0 United States *
dc.rights.uri http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ *
dc.subject.lcsh Kitabi Dădă Gorgud. en
dc.subject.lcsh Epic literature, Oghuz -- History and criticism. en
dc.subject.lcsh Azerbaijani literature. en
dc.subject.lcsh Azerbaijani literature -- History and criticism. en
dc.subject.lcsh Azerbaijani language. en
dc.title Azərbaycançılıq və “Kitabi - Dədə Qorqud” dastanı aze
dc.type Book en_US


Files in this item

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Attribution-NonCommercial-NoDerivs 3.0 United States Except where otherwise noted, this item's license is described as Attribution-NonCommercial-NoDerivs 3.0 United States

Search ADA LDR


Advanced Search

Browse

My Account