ADA Library Digital Repository

Azərbaycanda Ali Təhsil Və Bacarıqların Əmək Bazarı İlə Uyğunlaşdırılması Siyasətinin Təhlili

Show simple item record

dc.contributor.author Tağıyev, Babək
dc.contributor.author Abbasov, Tural
dc.contributor.author Ramazanova, Yeganə
dc.date.accessioned 2026-03-19T05:29:38Z
dc.date.available 2026-03-19T05:29:38Z
dc.date.issued 2025
dc.identifier.uri http://hdl.handle.net/20.500.12181/1598
dc.description.abstract Azərbaycanın ali təhsil sistemi ilə əmək bazarı arasında davam edən uyğunsuzluqlar məzunların bacarıqları ilə işəgötürənlərin gözləntiləri arasında əhəmiyyətli boşluq yaratmaqda və ölkənin insan kapitalının rəqabətqabiliyyətinə mənfi təsir göstərməkdədir. Qısa təhlil göstərir ki, bu uyğunsuzluq həm təhsil proqramlarının məzmun səviyyəsində, həm də struktur və idarəetmə səviyyəsində sistemli problemlərlə bağlıdır. Araşdırmanın məqsədi ali təhsil və əmək bazarı arasında yaranan uyğunsuzluqların səbəblərini müəyyənləşdirmək və beynəlxalq təcrübə əsasında milli kontekstə uyğun siyasət alternativləri təklif etməkdir. Problemin əsas səbəbləri kimi kurrikulumların əmək bazarı tələblərinə tam uyğunlaşdırılmaması, qəbul planlamasında analitik əsaslı yanaşmanın zəifliyi və rəqəmsal bacarıqlar üzrə tədris boşluqları müəyyən edilmişdir. Bu kontekstdə üç siyasət variantı irəli sürülmüşdür: təhsil proqramlarının real sektorun tələblərinə uyğun yenilənməsi, qəbul planlamasının və məzun məşğulluğunun monitorinqinin institusional gücləndirilməsi, həmçinin rəqəmsal və texnoloji bacarıqların bütün ixtisaslarda baza kompetensiya kimi tədrisə inteqrasiyası. Araşdırma qarışıq metodologiyaya əsaslanmış, yeni elmi mənbələr, masaüstü araşdırmalar, əvvəlki keyfiyyət və kəmiyyət tədqiqatları, eləcə də müsahibələrdən əldə olunan datalar sistemli şəkildə təhlil edilmişdir. Aparılan təhlillər göstərir ki, ali təhsil və əmək bazarı arasındakı uyğunsuzluqların aradan qaldırılması üçün ən təsirli yanaşma bu üç siyasət seçiminin paralel və mərhələli tətbiqidir. Nəticə olaraq, kurrikulum islahatları, məlumat əsaslı qəbul planlaması və rəqəmsal bacarıqların gücləndirilməsi ali təhsilin əmək bazarına çevik uyğunlaşmasını təmin edir və insan kapitalının rəqabət qabiliyyətini artırır. en_US
dc.language.iso az en_US
dc.publisher ADA University en_US
dc.rights Attribution-NonCommercial-NoDerivs 3.0 United States *
dc.rights.uri http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ *
dc.subject Education, Higher -- Azerbaijan. en_US
dc.subject Labor market -- Azerbaijan. en_US
dc.subject Education and state -- Azerbaijan. en_US
dc.subject Curriculum planning. en_US
dc.subject College graduates -- Employment -- Azerbaijan en_US
dc.subject Educational change -- Azerbaijan. en_US
dc.title Azərbaycanda Ali Təhsil Və Bacarıqların Əmək Bazarı İlə Uyğunlaşdırılması Siyasətinin Təhlili en_US
dc.type Thesis en_US


Files in this item

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Attribution-NonCommercial-NoDerivs 3.0 United States Except where otherwise noted, this item's license is described as Attribution-NonCommercial-NoDerivs 3.0 United States

Search ADA LDR


Advanced Search

Browse

My Account