| dc.contributor.author | Abasov, Səid | |
| dc.contributor.author | Nəbi, Murad | |
| dc.contributor.author | İsmayılzadə, Abdul | |
| dc.date.accessioned | 2026-03-18T05:43:23Z | |
| dc.date.available | 2026-03-18T05:43:23Z | |
| dc.date.issued | 2025 | |
| dc.identifier.uri | http://hdl.handle.net/20.500.12181/1597 | |
| dc.description.abstract | Cəlilabad rayonunda, xüsusilə kənd yerlərində qadınların təhsil və əmək hüquqlarının məhdudlaşdırılması uzun illərdir davam edən sosial-mədəni və iqtisadi proseslərin nəticəsi kimi formalaşmışdır. Ənənəvi patriarxal dəyərlər, “camaat nə deyər” kimi sosial nəzarət mexanizmləri, erkən nişanlanma və nikah praktikası, qadınlar üçün iş imkanlarının məhdud olması və hüquqi mexanizmlərin zəif icrası qızların hətta orta məktəb zamanı təhsildən yayınmasına və qadınların əmək bazarından kənarda qalmasına gətirib çıxarır. Bu vəziyyət qadınların iqtisadi və sosial müstəqilliyini zəiflədir, regionun insan kapitalını zəiflədir, ailə rifahı və sosial-iqtisadi inkişaf üçün əlavə maneələr yaradır. Araşdırmanın məqsədi Cəlilabad rayonunda qadınların təhsil və əmək hüquqlarının ailə və icma səviyyəsində necə məhdudlaşdırıldığını hərtərəfli öyrənmək, bu məhdudiyyətlərin sosial-iqtisadi nəticələrini qiymətləndirmək və beynəlxalq və yerli təcrübəyə əsaslanan siyasət alternativləri formalaşdırmaqdır. Bu məqsədlə tədqiqat qarışıq metodologiya əsasında aparılacaq: Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarının təhlili, beynəlxalq hesabatların (UNICEF, UNDP, Girls Not Brides və s.) müqayisəli araşdırılması, Cəlilabad rayonundan olan ekspert ilə müsahibə və 78 qadın arasında keçirilən sorğu. Sorğunun nəticələri SPSS proqramında deskriptiv statistik metodlarla emal ediləcək, keyfiyyət məlumatları isə tematik yanaşma ilə təhlil ediləcək. Tədqiqatın nəticələrinin Cəlilabad və ümumilikdə cənub bölgəsində gender bərabərliyi siyasətinin formalaşdırılmasına, qızların təhsildən yayınmasının və erkən nikahların azaldılması üçün hədəfli müdaxilə proqramlarının hazırlanmasına, qadınların əmək bazarına çıxışını yaxşılaşdıran iqtisadi və sosial alətlərin müəyyənləşdirilməsinə töhfə verməsi gözlənilir. Qadınların təhsil və əmək hüquqlarının genişləndirilməsi sayəsində həm ailələrin rifah səviyyəsinin yüksəlməsi, həm də regionun sosial-iqtisadi inkişafında daha balanslı və dayanıqlı modelin formalaşması perspektivi güclənəcək. Good! | en_US |
| dc.language.iso | az | en_US |
| dc.publisher | ADA University, Gazakh Center | en_US |
| dc.rights | Attribution-NonCommercial-NoDerivs 3.0 United States | * |
| dc.rights.uri | http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ | * |
| dc.subject | Rural women -- Social conditions -- Azerbaijan. | en_US |
| dc.subject | Rural women -- Economic conditions -- Azerbaijan. | en_US |
| dc.subject | Women in development -- Azerbaijan. | en_US |
| dc.subject | Education of girls -- Azerbaijan. | en_US |
| dc.subject | Education of girls -- Azerbaijan. | en_US |
| dc.title | Cəlilabad Rayonunda Qadınların Ailədə Təhsil Və Əmək Hüquqlarının Məhdudlaşdırılması Problemlərinin Həlli Yolları | en_US |
| dc.type | Thesis | en_US |
The following license files are associated with this item: