ADA Library Digital Repository

Abşeron Yarımadasında Su Çatışmazlığının Səbəbləri və Həlli Yolları

Show simple item record

dc.contributor.author Ələkbərova, Fəridə
dc.contributor.author Kazımov, Kamran
dc.contributor.author Hüseynova, Gülanrə
dc.date.accessioned 2026-03-16T07:59:51Z
dc.date.available 2026-03-16T07:59:51Z
dc.date.issued 2025
dc.identifier.uri http://hdl.handle.net/20.500.12181/1592
dc.description.abstract Abşeron yarımadasında su çatışmazlığı uzun illərdir ekoloji, sosial və iqtisadi təzyiqlər yaradan mühüm problemdir və bu tədqiqat həmin problemin əsas səbəblərini, mövcud vəziyyəti və mümkün həll yollarını sistemli şəkildə təhlil edir. Problemin analizi göstərir ki, yarımadanın təbii su ehtiyatlarının məhdudluğu ilə yanaşı, idarəetmə boşluqları və qeyri səmərəli su istifadəsi mövcud durumu daha da kəskinləşdirir. Tədqiqatın məqsədi Abşeron yarımadasında su çatışmazlığını doğuran amilləri müəyyənləşdirmək və bu problemin aradan qaldırılması üçün ən optimal siyasət variantlarını qiymətləndirməkdir. Araşdırma nəticələri göstərir ki, ölkədə o cümlədən Abşeron yarımadasında su çatışmazlığının əsas səbəbləri üç istiqamətdə cəmlənir. Bunlar, ölkədə təbii su ehtiyatlarının son dərəcə az olması, əhali və sənaye üzrə sürətlə artan tələbatın fonunda sudan qeyri səmərəli istifadə praktikasının davam etməsi və su təsərrüfatında koordinasiya, o cümlədən qurumlararası rolların bölüşdürülməsi, habelə monitorinq və investisiya baxımından idarəçilikdə boşluqları. Tədqiqat çərçivəsində üç əsas siyasət variantı alternativ su mənbələrinin inkişafı, su infrastrukturunun modernləşdirilməsi itkilərin azaldılması və idarəetmənin institusional gücləndirilməsi ümumi şəkildə qiymətləndirilmiş, onların tətbiq imkanları və məhdudiyyətləri müqayisə edilmişdir. Metodologiya kimi ekspert müsahibələri, ictimai sorğular, analitik icmal, beynəlxalq təcrübənin təhlili və qiymətləndirmə meyarlarına əsaslanan müqayisəli yanaşma istifadə olunmuşdur. Aparılan təhlil göstərir ki, su itkilərinin azaldılması və suya davranış qaydalarının dəyişdirilməsi üzrə tədbirlər qısa müddətdə daha real nəticə yaradır, idarəçiliyin təkmilləşdirilməsi isə uzunmüddətli dayanıqlığı təmin edir. Əhalinin maarifləndirilməsi, kənd təsərrüfatında suya qənaət texnologiyalarının tətbiqi və infrastrukturun modernləşdirilməsi əsas tövsiyələr kimi müəyyən edilir və Abşeron yarımadasında su təhlükəsizliyinin təmin olunması üçün vacib istiqamətlər hesab olunur. en_US
dc.language.iso az en_US
dc.publisher ADA University, Gazakh Center en_US
dc.rights Attribution-NonCommercial-NoDerivs 3.0 United States *
dc.rights.uri http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ *
dc.subject Water-supply -- Azerbaijan -- Absheron Peninsula. en_US
dc.subject Water resources development -- Azerbaijan. en_US
dc.subject Water conservation -- Azerbaijan. en_US
dc.subject Water management -- Azerbaijan. en_US
dc.subject Sustainable water use -- Azerbaijan. en_US
dc.title Abşeron Yarımadasında Su Çatışmazlığının Səbəbləri və Həlli Yolları en_US
dc.type Thesis en_US


Files in this item

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Attribution-NonCommercial-NoDerivs 3.0 United States Except where otherwise noted, this item's license is described as Attribution-NonCommercial-NoDerivs 3.0 United States

Search ADA LDR


Advanced Search

Browse

My Account