ADA Library Digital Repository

Azərbaycanda Beynəlxalq Proqram Akkreditasiyası Təcrübələri: Bakı Şəhərində Yerləşən Beş Ali Təhsil Müəssisəsi Nümunəsində Keyfiyyət Araşdırması

Show simple item record

dc.contributor.author Aslanov, Namiq
dc.date.accessioned 2026-03-16T04:59:41Z
dc.date.available 2026-03-16T04:59:41Z
dc.date.issued 2025
dc.identifier.uri http://hdl.handle.net/20.500.12181/1589
dc.description.abstract Beynəlxalq proqram akkreditasiyası ATM-in ayrı-ayrı proqramlarının müəyyən keyfiyyət standartlarına cavab verdiyini qiymətləndirən və təsdiqləyən bir prosesdir. Proqram akkreditasiyası proqramlarının keyfiyyətini artırmaq, müvafiq beynəlxalq standartlara cavab vermək, bu istiqamətdə həyata keçirilən prosesləri təkmilləşdirmək və tələbələrə etibarlı təhsil vermək məqsədi daşıyır. Bu proses ATM-lərdə proqramlarının, resurslarının, tədris metodlarının, idarəetmənin, müəllim-tələbə əlaqələrinin və digər komponentlərin bu standartlara uyğunluğunu qiymətləndirir. Bu tədqiqat işi Azərbaycanda ATM-lərinin beynəlxalq proqram akkreditasiya prosesləri ilə bağlı təcrübələri öyrənmək və əldə olunan nəticələri ATM-lər ilə bölüşmək məqsədi ilə aparılmışdır. Tədqiqat 5 ATM-də 17 proqram üzrə aparılmışdır. Araşdırmada keyfiyyət metodlarından müsahibələrdən və mətn təhlilindən istifadə edilmişdir. Müsahibələr tədqiqatçı tərəfindən hazırlanan yarı strukturlaşdırılmış müsahibə forması ilə aparılmış və dataların təhlilində məzmun analiz üsulu istifadə edilmişdir. Seçmə qrup qeyri-təsadüfi yolla seçilmiş 14 müsahibdən ibarətdir. Dataların məzmun təhlili nəticəsində aşağıda qeyd edilən mövzular kateqoriyalaşdırılmış və sıralanmışdır: agentliklər haqda məlumatlar, akkreditasiya prosesi, akkreditasiya prosesinin mərhələləri, dəyişikliklər, tələbə məmnunluğu, çətinliklər, tövsiyələr, irad və təkliflər. Araşdırmanın nəticələrinə əsasən beynəlxalq akkreditasiya prosesi yeddi mərhələdən ibarətdir: müraciət, hazırlıq, özünütəhlil hesabatı, ilkin qiymətləndirmə, sahə səfəri, yekun hesabat və təkrar monitorinq. Araşdırmanın nəticələrinə əsasən beynəlxalq proqram akkreditasiyası ATM-lərin keyfiyyət təminatı sistemlərinin institusional səviyyədə güclənməsinə, beynəlmiləlləşmə proseslərinin intensivləşməsinə, akademik və idarəedici heyətin məsuliyyətinin artmasına səbəb olur. Proses nəticəsində struktur dəyişiklikləri, tədris metodlarının yenilənməsi, müəllimlərin peşəkar inkişafı və tələbə məmnunluğunun artması müşahidə olunur. Bununla yanaşı ATM-lər beynəlxalq təcrübə qazanmaqla yanaşı növbəti akkreditasiyaya hazırlanmış olurlar. Tanınma və beynəlmiləlləşmə ATM-lərin beynəlxalq proqram akkreditasiyasına müraciətlərinin əsas səbəbləridir. Araşdırma beynəlxalq proqram akkreditasiyasına müraciət etmək istəyən digər ATM-lər üçün təlimat kimi istifadə oluna bilər. en_US
dc.language.iso az en_US
dc.publisher ADA University, Gazakh Center en_US
dc.rights Attribution-NonCommercial-NoDerivs 3.0 United States *
dc.rights.uri http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ *
dc.subject Education, Higher -- Accreditation. en_US
dc.subject Education, Higher -- Quality control. en_US
dc.subject International education. en_US
dc.subject Students -- Satisfaction. en_US
dc.subject Azerbaijan -- Education, Higher. en_US
dc.title Azərbaycanda Beynəlxalq Proqram Akkreditasiyası Təcrübələri: Bakı Şəhərində Yerləşən Beş Ali Təhsil Müəssisəsi Nümunəsində Keyfiyyət Araşdırması en_US
dc.type Thesis en_US


Files in this item

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Attribution-NonCommercial-NoDerivs 3.0 United States Except where otherwise noted, this item's license is described as Attribution-NonCommercial-NoDerivs 3.0 United States

Search ADA LDR


Advanced Search

Browse

My Account