| dc.contributor.author | Gülməmmədova, Aynur | |
| dc.contributor.author | Məmmədxanova, Gülgün | |
| dc.contributor.author | Eyubova, Bəsdi | |
| dc.date.accessioned | 2025-11-21T05:32:11Z | |
| dc.date.available | 2025-11-21T05:32:11Z | |
| dc.date.issued | 2025 | |
| dc.identifier.uri | http://hdl.handle.net/20.500.12181/1539 | |
| dc.description.abstract | Layihə əsaslı tədqiqat, Gürcüstanda azərbaycandilli məktəblərdə informasiya-komunikasiya texnologiyalarının tədris prosesinə inteqrasiyasında ibtidai sinif müəllimlərinin üzləşdikləri çətinlikləri araşdırmaq və bu çətinliklərin aradan qaldırılması üçün praktiki tövisəyələr təqdim etmək məqsədi daşıyır. Tədqiqatda keyfiyyət yanaşmasının alt üsulu olan femenologiya yanaşmadan istifadə olunub. Layihə Gürcüstanın cənub bölgəsində yerləşən 4 azərbaycandilli məktəb arasında aparılıb və rahatlıq seçmə üsulu ilə bu tədqiqat üçün 10 ibtidai sinif müəllimi nümunə olaraq seçilib. Məlumat toplama aləti kimi 11 sualdan ibarət yarı-sturuklaşdırılmış müsahibə vərəqi istifadə edilib. Tədqiqat nəticələri göstərmişdir ki, Gürcüstanda azərbaycandilli məktəblərdə İKT-nin tədris prosesinə inteqrasiyasında ibtidai sinif müəllimlərinin üzləşdikləri əsas çətinliklər zəif internet bağlantısı, İKT üzrə təlimlərə məhdud çıxış, müəllimlərin İKT səriştəsinin yetərsiz olması, inzibati dəstəyin aşağı olması və məktəblərdə İKT vasitələrinə məhdud çıxışdır. Həmçinin müəyyən edilmişdir ki, vaxt məhdudiyyəti və azərbaycan dilində elektron resursların azlığı ibtidai sinif müəllimlərinin üzləşdiyi çətinliklər sırasındadır. Tədqiqatın nəticələri eyni zamanda göstərmişdir ki, bu çətinliklərin həll yollarına Gürcüstanda azərbaycandilli məktəblərin İKT vasitələri və sürətli internetlə təmini, eyni zamanda ibtidai sinif müəllimləri üçün müntəzəm olaraq təlimlərin təşkili daxildir. Tədqiqatın nəticələrinə əsasən aşağıdakı tövsiyələr verilmişdir: Hökumət azərbaycandilli məktəbləri təhsil sahəsində mütamadi istifadə olunan İKT vasitələri təmin etməlidir; Hökümət azərbaycandilli məktəbləri keyfiyyətli internetlə təmin etməlidir; Müəllimlərin İKT bilik və bacarıqlarının artırılması üçün müntəzəm təlimlər təşkil edilməlidir; Məktəb rəhbərliyi müəllimlərə texniki dəstək göstərməli və təşəbbüsləri dəstəkləməlidir. Hər məktəbdə İKT üzrə mütəxəsis təyin olunmalı və bu şəxs müəllimlərə İKT-dən istifadə zamanı qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq üçün mütamadi dəstək verməlidir; Gürcüstan Təhsil və Elm Nazirliyi tərəfindən gürcü dilində yaradılmış elektron resurslar və təhsil veb-saytları azərbaycan dilinə mövcud olmalı və azərbaycan dilli məktəblərin müəllimləri üçün əlçatan olmalıdır. | en_US |
| dc.language.iso | az | en_US |
| dc.publisher | ADA University, Gazakh Center | en_US |
| dc.rights | Attribution-NonCommercial-NoDerivs 3.0 United States | * |
| dc.rights.uri | http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ | * |
| dc.subject | Information and communication technology -- Integration into teaching. | en_US |
| dc.subject | Educational technology -- Primary education. | en_US |
| dc.subject | Teachers -- Computer competence. | en_US |
| dc.subject | Primary school teachers -- Professional development. | en_US |
| dc.subject | Information technology -- Study and teaching -- Difficulties. | en_US |
| dc.subject | Internet access -- Problems in education. | en_US |
| dc.title | Gürcüstanda Azərbaycandilli Məktəblərdə İKT-nin Tədrisə İnteqrasiyasında İbtidai Sinif Müəllimlərinin Üzləşdiyi Çətinliklər və İnkişaf Prespektivləri | en_US |
| dc.type | Thesis | en_US |
The following license files are associated with this item: