Abstract:
Layihə əsaslı tədqiqat, Gürcüstanda azərbaycandilli məktəblərdə informasiya-komunikasiya
texnologiyalarının tədris prosesinə inteqrasiyasında ibtidai sinif müəllimlərinin üzləşdikləri
çətinlikləri araşdırmaq və bu çətinliklərin aradan qaldırılması üçün praktiki tövisəyələr
təqdim etmək məqsədi daşıyır. Tədqiqatda keyfiyyət yanaşmasının alt üsulu olan
femenologiya yanaşmadan istifadə olunub. Layihə Gürcüstanın cənub bölgəsində yerləşən 4
azərbaycandilli məktəb arasında aparılıb və rahatlıq seçmə üsulu ilə bu tədqiqat üçün 10
ibtidai sinif müəllimi nümunə olaraq seçilib. Məlumat toplama aləti kimi 11 sualdan ibarət
yarı-sturuklaşdırılmış müsahibə vərəqi istifadə edilib. Tədqiqat nəticələri göstərmişdir ki, Gürcüstanda azərbaycandilli məktəblərdə İKT-nin tədris
prosesinə inteqrasiyasında ibtidai sinif müəllimlərinin üzləşdikləri əsas çətinliklər zəif
internet bağlantısı, İKT üzrə təlimlərə məhdud çıxış, müəllimlərin İKT səriştəsinin yetərsiz
olması, inzibati dəstəyin aşağı olması və məktəblərdə İKT vasitələrinə məhdud çıxışdır.
Həmçinin müəyyən edilmişdir ki, vaxt məhdudiyyəti və azərbaycan dilində elektron
resursların azlığı ibtidai sinif müəllimlərinin üzləşdiyi çətinliklər sırasındadır.
Tədqiqatın nəticələri eyni zamanda göstərmişdir ki, bu çətinliklərin həll yollarına
Gürcüstanda azərbaycandilli məktəblərin İKT vasitələri və sürətli internetlə təmini, eyni
zamanda ibtidai sinif müəllimləri üçün müntəzəm olaraq təlimlərin təşkili daxildir.
Tədqiqatın nəticələrinə əsasən aşağıdakı tövsiyələr verilmişdir: Hökumət azərbaycandilli
məktəbləri təhsil sahəsində mütamadi istifadə olunan İKT vasitələri təmin etməlidir;
Hökümət azərbaycandilli məktəbləri keyfiyyətli internetlə təmin etməlidir; Müəllimlərin İKT
bilik və bacarıqlarının artırılması üçün müntəzəm təlimlər təşkil edilməlidir; Məktəb
rəhbərliyi müəllimlərə texniki dəstək göstərməli və təşəbbüsləri dəstəkləməlidir. Hər
məktəbdə İKT üzrə mütəxəsis təyin olunmalı və bu şəxs müəllimlərə İKT-dən istifadə zamanı qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq üçün mütamadi dəstək verməlidir; Gürcüstan
Təhsil və Elm Nazirliyi tərəfindən gürcü dilində yaradılmış elektron resurslar və təhsil
veb-saytları azərbaycan dilinə mövcud olmalı və azərbaycan dilli məktəblərin müəllimləri
üçün əlçatan olmalıdır.