dc.contributor.author | Hacıyeva, Zibeydə | |
dc.date.accessioned | 2025-09-15T09:02:13Z | |
dc.date.available | 2025-09-15T09:02:13Z | |
dc.date.issued | 2025-05 | |
dc.identifier.uri | http://hdl.handle.net/20.500.12181/1469 | |
dc.description.abstract | Təhsil xidmətləri bazarında marketinqin əhəmiyyətini və onun effektiv təşkilinin xidmətin keyfiyyəti, tələbə axını və təhsil müəssisələrinin uğurlu fəaliyyəti ilə əlaqəsini araşdırmaqdır. Təhsil müəssisələrində marketinq xidmətlərinin təşkili yolları ilə bağlı olan tədqiqat keyfiyyət metodunun fenomenologiya yanaşması vasitəsilə aparılmışdır. Təhsil xidmətləri bazarı üçün marketinq xidmətlərinin əsas məqsəd və vəzifələrinin müəyyən edilməsi məqsədilə data toplama texnikası - müsahibə protokolundan istifadə edilmişdir. Tədqiqatın iştirakçıları 2024-2025 tədris ilində Gəncə-Qazax regionunda yerləşən iki ali təhsil müəssisəsində rəhbər vəzifələrdə çalışan və orada təhsilalan tələbələrdir. Müsahibə 11 nəfər arasında aparılmışdır. Məlumatların təhlili üçün məzmun təhlili metodundan istifadə edilmişdir. Aparılan data təhlili göstərdi ki, təhsil xidmətləri bazarında marketinq xidmətlərinin təşkili yalnız informasiya paylaşımı ilə məhdudlaşmamalı, strateji idarəetmə ilə inteqrasiya olunmalıdır. Marketinq, ali təhsil müəssisələrinin rəqabət qabiliyyətini artırmaq, tələbə cəlbini gücləndirmək və əmək bazarına uyğun proqramlar hazırlamaq baxımından həlledici əhəmiyyət daşıyır. Sosial media və rəqəmsal platformaların rolu isə bu prosesin ayrılmaz hissəsinə çevrilmişdir. Tədqiqatdan əldə olunan nəticələr göstərir ki, sosial media təhsil müəssisələrinin tələbələrlə effektiv ünsiyyət qurması, özünü tanıtması və tələbələrin ehtiyac və maraqlarını qarşılamaq baxımından strateji bir vasitədir. Bu səbəbdən, universitetlər öz sosial media siyasətini tələbə mərkəzli, davamlı və məzmun baxımından zəngin formada qurmalıdırlar. Bu nəticələr göstərir ki, ali təhsil müəssisələri dəyişən bazar şərtlərinə uyğunlaşmaq və rəqabətə davamlı olmaq üçün marketinq xidmətlərini sistemli və məqsədyönlü şəkildə təşkil etməlidirlər. Təhsil sektorunda uğurlu marketinq strategiyası üçün həm daxili strukturun təkmilləşdirilməsi, həm də xarici kommunikasiya alətlərinin peşəkar şəkildə idarə olunması vacibdir. Gələcəkdə bu istiqamətdə rəqəmsallaşma, fərdiləşdirmə və süni intellekt texnologiyalarının daha geniş tətbiqi gözlənilir. Beləliklə, uğurlu marketinq strategiyası yalnız tələbə cəlbetmə prosesinə deyil, eyni zamanda tələbələrin uzunmüddətli məmnunluğuna, bağlılığına və təhsil müəssisəsinin ictimai imicinə müsbət təsir göstərə bilər. | en_US |
dc.language.iso | az | en_US |
dc.publisher | ADA University, Gazakh Center | en_US |
dc.rights | Attribution-NonCommercial-NoDerivs 3.0 United States | * |
dc.rights.uri | http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ | * |
dc.subject | Education, Higher -- Marketing. | en_US |
dc.subject | Educational institutions -- Public relations. | en_US |
dc.subject | Student recruitment -- Higher education. | en_US |
dc.subject | Universities and colleges -- Administration. | en_US |
dc.title | Təhsil Xidmətləri Bazarında Marketinq Xidmətinin Təşkili Yolları | en_US |
dc.type | Thesis | en_US |
The following license files are associated with this item: