ADA Library Digital Repository

Əfkari-Mütəəllimin 1919

Show simple item record

dc.contributor.author Ağaoğlu, Azad
dc.contributor.author Gəncəli, Mehdi
dc.date.accessioned 2025-09-12T05:01:32Z
dc.date.available 2025-09-12T05:01:32Z
dc.date.issued 2025
dc.identifier.uri http://hdl.handle.net/20.500.12181/1460
dc.description Bu kiçik transliterasiya layihəsi Azərbaycanda məktəbli zəkasına tarixi bir baxışdır. “Mütəəllim” - “elm öyrənən” deməkdir; “məktəbli; şagird” əvəzində işlənmişdir; “əfkar” isə “fikir” sözünün cəmidir; beləliklə, “Əfkari-mütəəllimin” -“məktəblilərin fikirləri; məktəbli düşüncələri” kimi tərcümə oluna bilər. “Əfkari-mütəəllimin” - Gəncə məktəblilərinin kiçik bir təşəbbüsüdür. Ziyalıların, xüsusilə də müəllimlərinin dəstəyinə ümid bağlayaraq nəşr etməyə başladıqları jurnal, təəssüf ki, uzunömürlü ola bilməmiş, 1919-cu ilin fevral-may aylarında cəmi 4 nömrəsi çapdan çıxmışdır. en_US
dc.description.abstract Hər bir yeniliyin arxasında tarixi irs durur. ADA Universiteti təhsil sahəsində öz əsas missiyasını həyata keçirərkən tariximizin zəngin sənəd və hadisələrinin araşdırılması ehtiyacında olmuşdur. Uzun müddət bu tarixi biliklər əski əlifbada yazıldığına görə, geniş kütləyə əlçatan deyildi. Məhz bu səbəbdən, son illər ADAnın ən vacib təşəbbüslərindən biri Azərbaycan xalqının tarixi mirasını qorumaq və gələcək nəsillərə ötürmək üçün başlatdığı transliterasiya layihələridir. 2021-ci ildə Universitetimizin təşəbbüsü və dəstəyilə Azǝrbaycan Xalq Cümhuriyyǝti Hökumǝtinin mətbu orqanı “Azǝrbaycan” qǝzetinin (1918-1920) ǝrǝb qrafikalı ǝlifbadan latın qrafikalı müasir Azǝrbaycan ǝlifbasına köçürülməsi geniş kütlə tərəfindən rəğbətlə qarşılandı və bu bizi daha da həvəsləndirdi. Fəaliyyətimizi davam etdirərək Ömər Faiq Nemanzadə, Məhəmməd Əmin Rəsulzadə kimi mütəfəkkirlərimizin əski əlifbadakı yazılarını “Azərbaycan Yazıları” seriyası adı altında müasir əlifbaya transliterasiya etdik. Bu sıradan olan işlər arasında Bakıda 1915–1916-cı illərdə çıxan həftəlik ədəbi və ictimai-siyasi satirik jurnal “Babayi-Əmir” də var. Əlbəttə ki, əski Azərbaycan əlifbasında yaradılan böyük bir tarixi xəzinənin transliterasiya işinin ümumi həcmi nəhəngdir. Ümid edirik ki, bizim təşəbbüsümüz digərlərini də bu istiqamətdə davamlı və sistematik fəaliyyətə sövq edəcək. Bu dəfə təqdim etdiyimiz kiçik layihə isə Azərbaycanda məktəbli zəkasına tarixi bir baxışdır. Yeri gəlmişkən deyim ki, ADA Məktəbinin şagirdləri tərəfindən bu günümüzdə nəşr edilən “ADA-lı” jurnalı məhz belə irsin davamı kimi də qəbul oluna bilər. “Mütəəllim” - “elm öyrənən” deməkdir; “məktəbli; şagird” əvəzində işlənmişdir; “əfkar” isə “fikir” sözünün cəmidir; beləliklə, “Əfkari-mütəəllimin” - “məktəblilərin fikirləri; məktəbli düşüncələri” kimi tərcümə oluna bilər. “Əfkari-mütəəllimin” - Gəncə məktəblilərinin kiçik bir təşəbbüsüdür. Ziyalıların, xüsusilə də müəllimlərinin dəstəyinə ümid bağlayaraq nəşr etməyə başladıqları jurnal, təəssüf ki, uzunömürlü ola bilməmiş, 1919-cu ilin fevral-may aylarında cəmi 4 nömrəsi çapdan çıxmışdır. Yazıların əksəriyyəti də elə məktəblilərin öz “qələm məhsullarıdır” və bu “hekayələrin”, “şeirlərin” bəzən uşaq sadəlövhlüyü ilə yazıldığına təəccüb etmək lazım deyil. Bunlarla yanaşı, jurnalın səhifələrində dövrün məşhur pedaqoqu, dərsliklər müəllifi Mirzə Abbas Abbaszadənin və başqa bir neçə müəllimin, məşhur şair Əli Nəzminin, bir müddət Azərbaycanda və o cümlədən Gəncədə işləmiş məşhur türkoloq Xalid Səid Xocayevin də imzalarını görürük. “Əfkari-mütəəllimin” jurnalı Cümhuriyyət tələbələrindən Mirismayıl Seyidzadə (“Bakı rüzgarı” adlı xatirə kitabının müəllifi İsmayıl Saryal), tanınmış şair, filologiya elmləri doktoru, professor Mikayıl Rəfili və başqalarının ilk qələm təcrübələrini də qoruyub saxlayır. “ADA” Universitetinin, müasir əlifbamızda, izahlar, qeydlər və indeks əlavəsiylə, orijinal ölçü və səhifə tərtibatına uyğun olaraq çap etdiyi jurnal, həm mətbuat və təhsil tariximizin kiçik də olsa, bir parçasının işıqlandırılmasına, həm də dövrün mənzərəsinin bir az daha yaxşı anlaşılmasına xidmət edəcək. Hafiz Paşayev ADA Universitetinin Rektoru en_US
dc.language.iso az en_US
dc.publisher ''ADA University'' en_US
dc.rights Attribution-NonCommercial-NoDerivs 3.0 United States *
dc.rights.uri http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ *
dc.subject Education -- Azerbaijan -- 20th century. en_US
dc.subject Education -- Azerbaijan -- History. en_US
dc.subject Teachers -- Azerbaijan. en_US
dc.title Əfkari-Mütəəllimin 1919 en_US
dc.type Book en_US


Files in this item

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Attribution-NonCommercial-NoDerivs 3.0 United States Except where otherwise noted, this item's license is described as Attribution-NonCommercial-NoDerivs 3.0 United States

Search ADA LDR


Advanced Search

Browse

My Account