ADA Library Digital Repository

Məktəb İdarəçilərinə Görə Effektiv Məktəbin Formalaşdırılması Yolları

Show simple item record

dc.contributor.author Quliyeva, Aysel
dc.date.accessioned 2025-09-11T05:55:25Z
dc.date.available 2025-09-11T05:55:25Z
dc.date.issued 2025
dc.identifier.uri http://hdl.handle.net/20.500.12181/1458
dc.description.abstract Bu tədqiqat işi Quba – Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində çalışan məktəb idarəçilərinin fikirləri əsasında effektiv məktəb və onların effektiv məktəbin formalaşdırılması haqqında fikirlərini müəyyən etmək məqsədi ilə aparılmışdır. Tədqiqatda 12 məktəb idarəçisi iştirak etmişdir. Araşdırma keyfiyyət tədqiqat metodlarından fenomenoloji yanaşma vasitəsi ilə aparılmışdır. Dataların toplanması üçün müsahibələrdən istifadə edilmişdir. Müsahibələr tədqiqatçı tərəfindən hazırlanan yarı strukturlaşdırılmış müsahibə forması ilə aparılmış və dataların təhlilində məzmun analiz üsulu istifadə edilmişdir. Dataların məzmun təhlili nəticəsində aşağıda qeyd edilən mövzular kateqoriyalaşdırılmış və sıralanmışdır: effektiv məktəblərin xüsusiyyətləri, effektiv məktəblərdə idarəçilik, tədrisin təşkili kateqoriyası və düzgün münasibətlərin qurulması. Araşdırmanın nəticələrinə əsasən məktəb idarəçilərinin əksəriyyətinin effektiv məktəb anlayışı barədə məlumatlı olduğu müəyyən edilmişdir. Məktəb idarəçilərinin fikirlərinə əsasən effektiv məktəblərin əsas xüsusiyyətləri arasında sağlam psixoloji - pedaqoji mühitin formalaşdırılması, tədrisin şagirdmərkəzli olması, nizam-intizam qaydalarına yüksək səviyyədə əməl edilməsi, münasibətlərin düzgün qurulması, qarşıya qoyulmuş hədəflərə çatması, maddi-texniki baza və infrastrukturun əlçatan olması, müəllim peşəkarlığı, motivasiya və xoşbəxt mühit ən çox rast gəlinən amillər olmuşdur. Nəticə etibarı ilə bu araşdırmada effektiv məktəblərin şagirdlərə fərqli təhsil mühiti təqdim etmələrinin və əlavə fəaliyyətlər həyata keçirmələrinin əhəmiyyətindən bəhs edilmişdir. Effektiv məktəblərin maraqlı tərəflərin müxtəlif gözləntilərini və ehtiyaclarını qarşılarkən motivasiyanın vacib olduğu, ünsiyyət və əməkdaşlıqların effektiv məktəblərin formalaşmasına müsbət təsir edi biləcəyi vurğulanmışdır. Həmçinin, effektiv məktəbin formalaşdırlmasında infrastruktur, maddi – texniki bazanın da mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmışdır. İştirakçılar bu tədqiqatda infrastrukturun, maddi - texniki baza ilə təchizatın şagirdlərin inkişafına, müəllimlərin fəaliyyətinə müsbət təsir göstərən bir amil kimi effektiv məktəbin əsas xüsusiyyətlərindən biri olduğunu qeyd etmişlər. en_US
dc.language.iso az en_US
dc.publisher ADA University, Gazakh Center en_US
dc.relation School of Education en_US
dc.relation Graduate program en_US
dc.rights Attribution-NonCommercial-NoDerivs 3.0 United States *
dc.rights.uri http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ *
dc.subject School management and organization. en_US
dc.subject Education -- Technological innovations. en_US
dc.subject Education -- Aims and objectives. en_US
dc.subject Teacher effectiveness. en_US
dc.subject School environment. en_US
dc.subject Education en_US
dc.subject Məktəbin idarə edilməsi və təşkili. aze
dc.subject Təhsil -- Texnoloji yeniliklər. aze
dc.subject Təhsil - Məqsədlər aze
dc.subject Müəllimin effektivliyi. aze
dc.subject School environment. aze
dc.subject Təhsil aze
dc.title Məktəb İdarəçilərinə Görə Effektiv Məktəbin Formalaşdırılması Yolları en_US
dc.type Thesis en_US


Files in this item

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Attribution-NonCommercial-NoDerivs 3.0 United States Except where otherwise noted, this item's license is described as Attribution-NonCommercial-NoDerivs 3.0 United States

Search ADA LDR


Advanced Search

Browse

My Account