Abstract:
Bu capstone layihəsi Ağdam rayonunun keçmiş cəbhə xəttində yerləşən məktəblərində müharibə nəticəsində travma alan və müharibədən əziyyət çəkmiş IX, X və XI sinifdə təhsil alan şagirdlərin rifahının artırılmasında məktəbin əhəmiyyətini və rolu ilə bağlı tədqiqatı ətraflı şəkildə təhlil edir. Şagirdlərlə aparılmış bir sorğu əsasında "şagird emosiyaları" və "məktəb mühiti" başlıqları altında təqdim olunan suallar vasitəsilə şagirdlərin sosial, emosional və psixoloji vəziyyəti araşdırılıb. Araşdırma nəticələri məktəblər tərəfindən tədris olunan dərslər və digər dərsdənkənar məşğələrlə şagirdlərin mənəvi və intellektual rifahını yüksəldə biləcəyini vurğulayır. Bu dərs və məşğələlər şagirdlərin emosional və sosial inkişafına müsbət təsir edəcək, onların müharibə zamanı yaşadığı stress, qorxu və travmanı unutmasına köməklik göstərəcəkdir. Nəticələr və təkliflər köhnə cəbhə xəttində yerləşən bu məktəblərin müharibə sonrakı dönəmdə şagirdlərin rifahını artırmaq üçün beynəlxalq təcrübəyə əsaslanaraq, müxtəlif istiqamətlərdə islahatlar aparılacağını və məktəbin şagirdlər üçün doğma bir məkana çevriləcəyini göstərir.