ADA Library Digital Repository

Pedaqoji ixtisaslarda təhsil alan tələbələrin müəllimlik peşəsinə münasibətləri: Region universiteti nümunəsində

Show simple item record

dc.contributor.author Əsgərova, Məlahət
dc.date.accessioned 2025-02-18T12:15:02Z
dc.date.available 2025-02-18T12:15:02Z
dc.date.issued 2024-05
dc.identifier.uri http://hdl.handle.net/20.500.12181/984
dc.description.abstract Bu tədqiqatın məqsədi, regionda fəaliyyət göstərən universitetin pedaqoji ixtisaslarında təhsil alan tələbələrin müəllimlik peşəsinə münasibətlərini öyrənməkdir. Tədqiqatda, region universiteti nümunəsində pedaqoji ixtisaslarında təhsil alan tələbələrin müəllimlik peşəsinə dair münasibətlərini öyrənməyi və bu münasibətlərin cinsiyyət, qəbul balı, təhsil aldıqları ixtisas və ailədə müəllimlik peşəsinə sahib olan şəxsin olub-olmaması dəyişkənlərinə görə statistik olaraq əhəmiyyətli şəkildə fərqlilik göstərib-göstərmədiyini müəyyən etmək məqsədi qoyulduğu üçün kəmiyyət tədqiqat metoduna daxil olan anket sorğusundan istifadə edilmişdir. Tədqiqat zamanı məlumatları toplamaq üçün, demoqrafik göstəriciləri ilə bağlı suallar ilə birlikdə, validliyi və etibarlılığı Üstüner (2006) tərəfindən yoxlanılmış “Müəllimlik Peşəsinə Münasibət (Öğretmenlik Mesleğine Yönelik Tutum Ölçeği)” adlı 34 maddədən ibarət beşli qiymətləndirmə şkalasında istifadə olunmuşdur. Tədqiqatda, 2023-2024-cü akademik ilində regionda fəaliyyət göstərən universitetdə təhsil alan 385 nəfər müəllim namizədi iştirak etmişdir. Məlumatların təhlili üçün, müstəqil testi, tək yönlü varyans (ANOVA) analizlərindən istifadə olunmuşdur. Tədqiqatın nəticələrinə əsasən, müəllim namizədlərinin müəllimlik peşəsinə münasibətinin ümumi olaraq “yüksək” olduğu müəyyən olunmuşdur. Bundan əlavə, müəllim namizədlərinin müəllimlik peşəsinə münasibətlərində qəbul balı və ailədə müəllimlik peşəsində şəxsin olub-olmaması dəyişkənlərinə görə statistik olaraq əhəmiyyətli fərqlilik müəyyən olunmamışdır. Lakin müəllim namizədlərinin peşəyə münasibətləri cinsiyyət dəyişkəni və təhsil aldıqları ixtisas baxımından statistik olaraq əhəmiyyətli fərqlilik göstərmişdir. en_US
dc.language.iso az en_US
dc.publisher ADA University en_US
dc.rights Attribution-NonCommercial-NoDerivs 3.0 United States *
dc.rights.uri http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ *
dc.subject Teacher attitudes -- Pedagogical training -- Gender differences. en_US
dc.subject Teacher education -- Attitudes -- Professional development. en_US
dc.subject Teachers -- Training of -- Pedagogical studies en_US
dc.subject Azerbaijan -- Education -- Teacher preparation en_US
dc.subject Higher education -- Teacher preparation -- Pedagogical training en_US
dc.title Pedaqoji ixtisaslarda təhsil alan tələbələrin müəllimlik peşəsinə münasibətləri: Region universiteti nümunəsində en_US
dc.type Thesis en_US


Files in this item

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Attribution-NonCommercial-NoDerivs 3.0 United States Except where otherwise noted, this item's license is described as Attribution-NonCommercial-NoDerivs 3.0 United States

Search ADA LDR


Advanced Search

Browse

My Account