Abstract:
Müasir dövrün təhsil fəlsəfəs yeni paradiqma və dəyərlərlə köklənməkdədir. Təhsil maarifləndirici və inkişafetdirici process kimi klassik dəyərlərini qoruyub saxlamaqla yanaşı bir sıra yeni ümumbəşəri dəyərlər də qazanmışdır ki, bunlardan ən ümdələrindən biri təhsilə hüqüq bərabərliyidir. Yeni dəyərlərə qloballaşma prosesinə paralel formalaşdığından bu prosesin axarına düşən ölkələr bu dəyərləri təhsil sisteminə inteqrasiya edir ki, bu da öz növbəsində insanların daha geniş miqyasda təhsillənməsinə öz töhfəsini verir. Dinindən, dilindən, cinsindən, sağlamlıq imkanlarından və insan hüquqlarını məhdudlaşdıran bu kimi meyar və senzləri birmənalı istisna edən yeni təhsil konsepsiyasını biz "inklüziv təhsil" kimi tanıyir və təqdir edirik.