ADA Library Digital Repository

Vətən Dili. II Cild : Türki Azərbaycan dilində. Təlim, qiraət, imla və inşa məşğuliyyəti üçün hazırlanan kitabçadır.

Show simple item record

dc.contributor.author Çernyayevski, Aleksey Osipoviç
dc.contributor.author Vəlibəyov, Səfərəli bəy
dc.date.accessioned 2021-10-22T11:28:07Z
dc.date.available 2021-10-22T11:28:07Z
dc.date.issued 1888
dc.identifier.isbn 9789952275582
dc.identifier.uri http://hdl.handle.net/20.500.12181/301
dc.description.abstract "Vətən Dili" adlanan kitabçanın birinci qismi Zaqafqaz Türklərinin mübtədi (ibtidai) məktəblərində birinci il təlim verməkdən ötrü təyin olunmuşdur. Çünki 1881-ci il yanvar ayının 13-də Qafqazın canişininin təsdiq elədiyi təlim əmrinə müvafiq olaraq, Qafqaz əhalisinin ibtidai məktəblərində birinci sinif şagirdlərinə gərəkdir ki, öz ana dillərində təlim və tərbiyə edilsinlər. Hərçənd Qanuna görə lazımdır ki, Rus əlifbasının təlim və təhsilənə ancaq ikinci ildə başlanılsın. Amma işin axarına görə bir çox hallarda daha tez başlanılır - yəni, ibtidai siniflər öz əlifbasının qurtarandan sonra. “Vətən Dili”-nin birinci qismində dərc olunan mətləblər “Ruskaya Reç” (Rus dili) adından tərtib edilmiş və məkatibi-Türkiyəyə məxsus olan risalədə daxil olubdur. Və bu cəhətlə də Türklər üçün “Ruski Reç” adlanan kitabçanın təlimi asanlaşır. Səbəb də odur ki, həmən risalədə bulunan mətləblərə ibtidai siniflər “Vətən Dili”-nin birinci qismində bələd olurlar. Və Rusca oxuyan zaman Rus kəlmə və kəlamları əxz etməyə diqqət edirlər. Rus risaləsinin birinci qismi rəsmən mütədavil (gündəlik işlənən) olan təlimə görə ikinci il rus dilini oxumaq üçün tərtib edilmişdir. Amma məzkur (adı çəkilən) risalə başlanır kamilən (tamamilə) türk əlifbası təlim olunandan sonra. Yəni fevral və ya mart ayında. Məlumdur ki, iki-üç ay müddətində rus risaləsində dərc olunan yeddi yüzdən artıq olan növbənöv kəlamlarda və hekayələrdə işlənən ləfzləri (sözlər) layiqincə öyrənmək mümkün deyildir. Ona görə də, təhsilin ikinci ilində də adı çəkilən kitabçadan birinci ildə oxunmuş mətləblərin təkrarı ilə birlikdə təlim və qiraət olunur. Aşkardır ki, “Vətən Dili”-nin birinci qismi türk dilinin təliminə məxsus olmaqla yanaşı rus risaləsini ibtidai siniflərə bu cür asanlaşdırıb, rus dilinin təhsilində faydadan xaric olmur. Bu kitabça “Vətən Dili”-nin ikinci qismidir və hərçənd ikinci ildə türk dilini təhsil etməkdən ötrü tərtib edilibdir, lakin çoxlu məqalələrin olmağına görə üçüncü ildə də yararlıdır. en_US
dc.language.iso az en_US
dc.publisher Tiflis : Kəşkül mətbəəsi en_US
dc.rights Attribution-NonCommercial-NoDerivs 3.0 United States *
dc.rights.uri http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ *
dc.subject.lcsh Azerbaijani language. en
dc.title Vətən Dili. II Cild : Türki Azərbaycan dilində. Təlim, qiraət, imla və inşa məşğuliyyəti üçün hazırlanan kitabçadır. en_US
dc.type Book en_US


Files in this item

Files Size Format View

There are no files associated with this item.

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Attribution-NonCommercial-NoDerivs 3.0 United States Except where otherwise noted, this item's license is described as Attribution-NonCommercial-NoDerivs 3.0 United States

Search ADA LDR


Advanced Search

Browse

My Account