ADA Library Digital Repository

Yüksəkliyə Doğru : Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı ilk səfirinin seçilmiş məqalələri

Show simple item record

dc.contributor.author Paşayev, Hafiz az
dc.date.accessioned 2021-06-14T10:43:25Z
dc.date.available 2021-06-14T10:43:25Z
dc.date.issued 2008
dc.identifier.isbn 9789952812213
dc.identifier.uri http://hdl.handle.net/20.500.12181/255
dc.description.abstract Hafiz Mir Cəlal oğlu Paşayevi ilk gəncliyindən tanıyırdım. "Bir səfirin Manifesti" ( Şərq-Qərb, Bakı 2007) əsərini oxuyandan sonra məlumatım xeyli artdı, təsəvvürüm olduqca genişləndi. Xatiri həmişə əziz olmuş möhtərəm ustadımız-müəllimimiz, filologiya elmləri doktoru, professor və sevimli nasir Mir Cəlal müəllimin tanıdığım övladları sırasında Hafizin mənəvi siması gözümdə daha da aydınlaşdı. İngilis dilində nəşr olunmuş "Racing Up Hill" (New York, 2006) əsərinin azərbaycancaya tərcüməsinin redaktəsi də öz əlimdən çıxandan sonra tanıdığım bu ensiklopedik bilikli şəxs gözümdə bütün əzəməti ilə ucaldı - mahir, həssas, diqqətcil, uzaqgörən səfir kimi mənə tamam təzə bilik verdi, həm də bütün ailəsini tanıyıb evində çörəyini kəsdiyim nəcib bir ədibin oğlu kimi boya-boy gördüm. Atalar sözü tamam doğru imiş: oğul ataya oxşayar, oğul ataya çəkər. Hafizin yazılarındakı yumorun da öz kökü ilə atasından ədəbi yadigar qalmış yumoruna bənzərliyinə şahid oldum. Hafizin özünün, xanımının, övladlarının hələ Amerikaya getməmişdən əvvəl bir neçə, bunların sırasında dünya ünsiyyət vasitəsi kimi də şöhrətlənmiş ingiliscəni mükəmməl bildiyini öyrəndim və buna təəccüblənmədim: Ədib Mir Cəlalın, alim Mir Cəlalın, pedaqoq, müəllim, doktor Mir Cəlalın ailəsində tərbiyə tapıb, yetişən, kamilləşən Hafizin harada olursa olsun millət üzü ağardacağına inamım apogeyə yüksəldi. Üzündən nur yağan, hərtərəfli inkişaf səviyyəsi ilə seçilən şəxsin Amerika Birləşmiş Ştatlarında olmayan, orada səlahiyyətli səfir ilkinliyi qazanan Hafizin adındakı məşhur rəmzin geniş və dərin məna çalarına rəğbətim gücləndi. Həyatını, fəaliyyətini öyrəndikcə Amerika Birləşmiş Ştatlarında onun könül ovlayan bir usta səfir kimi işgüzar, nəcib, xeyirxah dostlar tapıb onlara arxalanmaqla ucalacağına inandığım kimi əyri-üyrü səpələnən ziyankar, xəbis Topalyam da susdurub yerində oturtmağından milli qürur duydum. Pis mənada millətçi deyiləm, beynəlmiləlçiyəm, təəccüblü də deyil ki, gəncliyimdən indiyəcən (84 yaşmdayam) Bakı Dövlət Universitetində, Azərbaycan Yazıçıları Birliyində postsovet birliyi tərkibinə salınmış bütün xalqların (15 respublikanın) ədəbiyyatını təbliğ - tədqiq edə-edə saysız məqalələrdən əlavə iki cildlik (52 çap vərəqi) həcmində ali məktəb dərsliyi yarada bildim, bu dərsliyi doktor luq elmi dərəcəsi almaq üçün respublikamızda müdafiə etdim və SSRİ miqyasında elə hörmət qazandım ki, həmin fənnin təzə proqramını tərtib etmək üçün keçmiş SSRİ ali məktəblərinin "SSRİ xalqları ədəbiyyatı" tədrisi üzrə ixtisaslaşmış bütün professor heyəti Bakı Dövlət Universitetinə toplaşmışdı. Belə ricətə ona görə üz tutdum ki, mənim əziz müəllimimin oğul balası Hafiz də xaricdə nə qədər mütəxəssislə əlaqə yaradıb onları özünə bağlamış, özü də onlarla səmimi, unudulmaz dostluq qazana bilmişdir. Hafiz bu ülviyyətinə, dəyanətinə və insanpərvərliyinə görə də atasına çəkir, amma atasını da, hamımızı da ötüb keçibdir. Doğma vətənə qələbələri ilə qayıdan Hafiz bəyə böyük uğur, can sağlığı arzumu qürurla bildirirəm. Nə yaxşı ki, Hafiz Paşayev son əsərlərində, məktublarında Mir Cəlal oğlu mənsubiyyətini daha çox sevir və qoruyur! Pənah İmran oğlu Xəlilov Filologiya elmləri doktoru, Professor, Azərbaycan Respublikasının əməkdar müəllimi az
dc.language.iso az az
dc.publisher Azərbaycan Marketinq Cəmiyyəti az
dc.rights Attribution-NonCommercial-NoDerivs 3.0 United States *
dc.rights.uri http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ *
dc.subject.lcsh Pashaev, Kh. M., -- 1941- en_US
dc.subject.lcsh Diplomats -- Azerbaijan. en_US
dc.subject.lcsh Azerbaijan -- Foreign relations -- United States. en_US
dc.subject.lcsh United States -- Foreign relations -- Azerbaijan. en_US
dc.title Yüksəkliyə Doğru : Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı ilk səfirinin seçilmiş məqalələri az
dc.title.alternative Racing up hill : Selected papers of Azerbaijan’s first Ambassador to the United States of America en_US
dc.type Book en_US


Files in this item

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Attribution-NonCommercial-NoDerivs 3.0 United States Except where otherwise noted, this item's license is described as Attribution-NonCommercial-NoDerivs 3.0 United States

Search ADA LDR


Advanced Search

Browse

My Account