Abstract:
Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırladığı növbəti biblioqrafiya Azərbaycan Milli Elmlər Akademiyasının və
bir çox beynəlxalq akademiyaların akademiki, fizika-riyaziyyat elmləri doktoru,
professor, Əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı Arif Mir Cəlal
oğlu Paşayevə həsr olunmuşdur. Biblioqrafiyada görkəmli alimin əsərləri, həyat və
yaradıcılığı haqqında zəngin materiallar toplanmış, həyat və fəaliyyətinin əsas tarixləri,
görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri də öz əksini tapmışdır.
Kitab tədqiqatçılar, kitabxanaçılar, tələbələr və ümumiyyətlə geniş oxucu kütləsi
üçün nəzərdə tutulmuşdur.