ADA Library Digital Repository

Cəlilabad Rayonunda Qadınların Ailədə Təhsil və Əmək Hüquqlarının Məhdudlaşdırılması Problemlərinin Həlli Yolları

Show simple item record

dc.contributor.author Ismayilzada, Abdul
dc.date.accessioned 2026-03-18T05:36:10Z
dc.date.available 2026-03-18T05:36:10Z
dc.date.issued 2025
dc.identifier.uri http://hdl.handle.net/20.500.12181/1596
dc.description.abstract Cəlilabad rayonunda, xüsusilə kənd yerlərində qadınların təhsil və əmək hüquqlarının məhdudlaşdırılması uzun illərdir davam edən sosial-mədəni və iqtisadi proseslərin nəticəsi kimi formalaşmışdır. Ənənəvi patriarxal dəyərlər, “camaat nə deyər” kimi sosial nəzarət mexanizmləri, erkən nişanlanma və nikah praktikası, qadınlar üçün iş imkanlarının məhdud olması və hüquqi mexanizmlərin zəif icrası qızların hətta orta məktəb zamanı təhsildən yayınmasına və qadınların əmək bazarından kənarda qalmasına gətirib çıxarır. Bu vəziyyət qadınların iqtisadi və sosial müstəqilliyini zəiflədir, regionun insan kapitalını zəiflədir, ailə rifahı və sosial-iqtisadi inkişaf üçün əlavə maneələr yaradır. Araşdırmanın məqsədi Cəlilabad rayonunda qadınların təhsil və əmək hüquqlarının ailə və icma səviyyəsində necə məhdudlaşdırıldığını hərtərəfli öyrənmək, bu məhdudiyyətlərin sosial-iqtisadi nəticələrini qiymətləndirmək və beynəlxalq və yerli təcrübəyə əsaslanan siyasət alternativləri formalaşdırmaqdır. Bu məqsədlə tədqiqat qarışıq metodologiya əsasında aparılacaq: Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarının təhlili, beynəlxalq hesabatların (UNICEF, UNDP, Girls Not Brides və s.) müqayisəli araşdırılması, Cəlilabad rayonundan olan ekspert ilə müsahibə və 78 qadın arasında keçirilən sorğu. Sorğunun nəticələri SPSS proqramında deskriptiv statistik metodlarla emal ediləcək, keyfiyyət məlumatları isə tematik yanaşma ilə təhlil ediləcək. Tədqiqatın nəticələrinin Cəlilabad və ümumilikdə cənub bölgəsində gender bərabərliyi siyasətinin formalaşdırılmasına, qızların təhsildən yayınmasının və erkən nikahların azaldılması üçün hədəfli müdaxilə proqramlarının hazırlanmasına, qadınların əmək bazarına çıxışını yaxşılaşdıran iqtisadi və sosial alətlərin müəyyənləşdirilməsinə töhfə verməsi gözlənilir. Qadınların təhsil və əmək hüquqlarının genişləndirilməsi sayəsində həm ailələrin rifah səviyyəsinin yüksəlməsi, həm də regionun sosial-iqtisadi inkişafında daha balanslı və dayanıqlı modelin formalaşması perspektivi güclənəcək. Good! en_US
dc.language.iso az en_US
dc.publisher ADA University, Gazakh Center en_US
dc.rights Attribution-NonCommercial-NoDerivs 3.0 United States *
dc.rights.uri http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ *
dc.subject Women -- Education -- Azerbaijan. en_US
dc.subject Women -- Employment -- Azerbaijan. en_US
dc.subject Women's rights -- Azerbaijan. en_US
dc.subject Sex discrimination against women -- Azerbaijan. en_US
dc.subject Gender equality -- Azerbaijan. en_US
dc.title Cəlilabad Rayonunda Qadınların Ailədə Təhsil və Əmək Hüquqlarının Məhdudlaşdırılması Problemlərinin Həlli Yolları en_US
dc.type Thesis en_US


Files in this item

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Attribution-NonCommercial-NoDerivs 3.0 United States Except where otherwise noted, this item's license is described as Attribution-NonCommercial-NoDerivs 3.0 United States

Search ADA LDR


Advanced Search

Browse

My Account