Abstract:
“Övraqi-nəfisə” Azərbaycan mətbuatı tarixində ədəbiyyat və incəsənət mövzularına həsr edilmiş ilk dövri mətbuat orqanı sayılır.
1919-cu ildə Bakıda işıq üzü görmüş jurnalın tam mətni ərəb qrafikalı əlifbadan latın qrafikalı müasir Azərbaycan əlifbasına transliterasiya edilərək, müvafiq qeyd və şərhlərlə nəşrə hazırlanıb.
Azərbaycanın mədəni həyatına dair ilk nəşrlərdən biri olan “Övraqi-nəfisə” səhifələrində teatr, musiqi və memarlıq abidələri haqqında materiallar, incəsənət aləminə dair yazılar, tamaşalara resenziyalar, aktyorların həyat və səhnə fəaliyyəti barədə məlumatlar, eləcə də ədəbiyyat tarixini əhatə edən məqalələr, elanlar və fotoşəkillər yer alır.
Təqdim olunan nəşr “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun milli mətbuatımızın 150 illik yubileyinə töhfə vermək təşəbbüsünün nəticəsi olaraq hazırlanıb.