ADA Library Digital Repository

Məkətb İdarəetməsində Sənədləşmə: Direktorların Qarşılaşdığı Çətinliklər

Show simple item record

dc.contributor.author Vahabzadə, Günel
dc.contributor.author Məlikova, Xatirə
dc.contributor.author Hüseynova, Tünzalə
dc.date.accessioned 2026-03-10T07:03:59Z
dc.date.available 2026-03-10T07:03:59Z
dc.date.issued 2025
dc.identifier.uri http://hdl.handle.net/20.500.12181/1582
dc.description.abstract Müasir təhsil sistemində məktəb idarəetməsinin keyfiyyətli təşkili yalnız pedaqoji və inzibati fəaliyyətin deyil, eyni zamanda sənədləşmə proseslərinin də effektiv şəkildə həyata keçirilməsini tələb edir. Sənədləşmə məktəbin daxili idarəetmə mexanizmlərinin əsas komponentlərindən biri olmaqla yanaşı, hesabatlılıq, şəffaflıq və hüquqi uyğunluğun təmin olunmasında mühüm rol oynayır. Bu baxımdan təqdim olunan layihə əsaslı tədqiqat Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil məktəblərində direktorların sənədləşmə sahəsində üzləşdikləri çətinlikləri və həmin çətinliklərin aradan qaldırılması istiqamətində tətbiq edilən həll yollarını ətraflı şəkildə araşdırmağı qarşıya məqsəd qoymuşdur. Layihə əsaslı tədqiqatda keyfiyyət metodologiyası əsas götürülmüşdür. Xüsusilə fenomenoloji yanaşmadan istifadə edilmişdir. Bu yanaşma vasitəsilə məktəb direktorlarının sənədləşmə ilə bağlı fərdi təcrübələri dərindən təhlil edilmiş, onların yaşadığı real çətinliklər öyrənilmişdir. Məlumatların toplanması məqsədilə üç dövlət tam orta ümumi təhsil müəssisəsinin direktorları ilə yarıstrukturlaşdırılmış müsahibələr keçirilmiş və məktəbdaxili sənədləşmə nümunələri təhlil edilmişdir. Tədqiqatın nəticələri göstərmişdir ki, məktəb direktorları sənədləşmə sahəsində çoxsaylı inzibati və texniki çətinliklərlə üzləşirlər. Ən çox qarşılaşılan problemlər sırasına sənədlərin hüquqi və normativ tələblərə uyğun şəkildə tərtib olunmasında çətinliklər, sənəd nümunələrinin və metodik göstərişlərin çatışmazlığı, elektron sistemlərin qeyri-effektivliyi, həmçinin bu sahədə ixtisaslaşmış kadr və texniki dəstəyin olmaması daxildir. Eyni zamanda sənədləşmə yükünün həddindən artıq olması rəhbərlik üçün əlavə vaxt itkisinə səbəb olaraq, onların əsas idarəetmə funksiyalarına diqqət ayırmasını da məhdudlaşdırır. Layihə əsaslı tədqiqatda çətinliklərin aradan qaldırılması üçün bir sıra tövsiyələr də irəli sürülmüşdür. Ən vacib həll yollarından biri kimi vahid rəqəmsal sənəd bazasının yaradılması və onların bütün məktəblər üçün əlçatan edilməsidir. Bundan əlavə, direktorların hüquqi və inzibati sənədləşmə üzrə biliklərinin artırılması məqsədilə mütəmadi təlimlərin və seminarların təşkili zəruri hesab edilmişdir. Mentorluq proqramlarının tətbiqi, təcrübəli direktorların yeni rəhbərlərə dəstək göstərməsi baxımından faydalı ola bilər. Nəticə etibarilə layihə əsaslı tədqiqat göstərir ki, sənədləşmə proseslərinin optimallaşdırılması və məktəb rəhbərlərinin bu sahədəki kompetensiyalarının artırılması yalnız məktəb idarəçiliyinin səmərəliliyini deyil, həm də ümumilikdə təhsil prosesinin keyfiyyətini yüksəltməyə töhfə verə bilər. Sənədləşmə işlərinin hüquqi və metodiki baxımdan düzgün təşkili məktəblərdə qərarvermə prosesinin şəffaflığına, hesabatlılıq mexanizmlərinin təkmilləşməsinə və təhsil sistemində ümumi idarəetmənin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bu baxımdan təqdim olunan layihə əsaslı tədqiqat nəticələri həm nəzəri baxımdan dəyərli biliklər təqdim edir, həm də praktik sahədə tətbiq oluna biləcək imkanlar yaradır. en_US
dc.language.iso az en_US
dc.publisher ADA University, Gazakh Center en_US
dc.rights Attribution-NonCommercial-NoDerivs 3.0 United States *
dc.rights.uri http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ *
dc.subject School management and organization. en_US
dc.subject Educational administration. en_US
dc.subject School management and organization -- Azerbaijan. en_US
dc.subject School records -- Management. en_US
dc.subject Documentation -- Management. en_US
dc.subject Azerbaijan -- Education. en_US
dc.title Məkətb İdarəetməsində Sənədləşmə: Direktorların Qarşılaşdığı Çətinliklər en_US
dc.type Thesis en_US


Files in this item

The following license files are associated with this item:

This item appears in the following Collection(s)

Show simple item record

Attribution-NonCommercial-NoDerivs 3.0 United States Except where otherwise noted, this item's license is described as Attribution-NonCommercial-NoDerivs 3.0 United States

Search ADA LDR


Advanced Search

Browse

My Account