| dc.contributor.author | Qocayev, Arzu | |
| dc.contributor.author | Maxvirati, Ayşən | |
| dc.contributor.author | Süleymanova, Minarsona | |
| dc.contributor.author | Cahangirova, Leyla | |
| dc.date.accessioned | 2026-03-04T06:28:04Z | |
| dc.date.available | 2026-03-04T06:28:04Z | |
| dc.date.issued | 2025 | |
| dc.identifier.uri | http://hdl.handle.net/20.500.12181/1580 | |
| dc.description.abstract | Layihə əsaslı bu tədqiqat işində Azərbaycanın müxtəlif regionlarında yerləşən dörd məktəb direktoru ilə keyfiyyət metodu əsasında aparılmış yarıstrukturlaşdırılmış müsahibələr nəticəsində ümumi təhsildə alternativ maliyyə axtarışları və bu prosesdə filantropist təcrübələrin yeri və rolu araşdırılıb. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, texnoloji avadanlıqlarla təchizi, infrastrukturun yenilənməsi və innovativ yanaşmaların tətbiqi əsasən dövlət büdcəsindən ayrılan maliyyə ilə məhdudlaşır və bu vəsaitlər çox vaxt kifayət etmir. Cəmiyyətin inkişafı ilə paralel şəkildə təhsil xərcləri də durmadan artır. İnkişaf və tərəqqi yeni tələblər doğurur. Təhsildə alterna-tiv maliyyə axtarışları və filantropist təcrübələrin tətbiqi bütün dünyada olduğu kimi, Azərbaycan təhsili üçün də aktualdır və bu mövzu milli kontekstdə geniş tədqiq olunmayıb. Ölkədə təhsilin inkişafına yönəldilən dövlət investisiyaları ilə yanaşı, bu prosesdə alternativ mənbələrin, o cümlədən də filantropist təcrübələrin elmi -nəzəri şəkildə tədqiqi və təbliği qarşıda duran mühüm vəzifələrdəndir. Bu capstone-da əldə olunan əsas tapıntılardan biri ondan ibarətdir ki, alternativ maliyyə ümumilikdə təhsil infrastrukturunun və keyfiyyətinin inkişafına xidmət edir və bu da özlüyündə akademik nəticələrin yüksəlməsinə səbəb olur. İnfrastrukturun inkişafı məktəbdaxili sosial -psixoloji mühitə müsbət təsir göstərir və şagird məmnuniyyətinin yüksəlməsi ilə nəticələnir. Artan məmnuniyyət özü ilə akademik uğurlar gətirir. Digər tərəfdən, təhsildə alternativ maliyyə axtarış-ları prosesində filantropist təcrübələrin tədqiqi və təbliği həmin təcrübələrin geniş yayılmasına töhfə verir. Bu istiqamətdəki intensiv araşdırma, təşviqat və maarifləndirmə işləri bu növ təcrübə- lərin əhatə dairəsinin daha da genişlənməsinə səbəb olur. Azərbaycanda təhsil filantropiyasının zəngin ənənələri mövcuddur. Layihədən əldə olunan tapıntılar göstərir ki, hazırda bu ənənə müəyyən qədər zəifləsə də, tamamilə yox olmayıb. Filantropist təcrübələr ümumi təhsil məktəblərinin ehtiyaclarını qarşılamaq baxımından yeni -yeni imkanlar açır. Təhsildə xeyriyyəçi dəyərlərə söykənən alternativ maliyyə qaynaqları qarşıda duran problemlərə daha çevik reaksiya göstərir və onların həllini sürətləndirir. Bu növ qaynaqlar tədris prosesinin səmərəliliyinin güclənməsinə xidmət edir. Gələcəkdə filantropiyanın məktəb idarəçili-yindəki yeri ilə bağlı araşdırmaların daha da genişləndirilməsinə çox böyük ehtiyac var. | en_US |
| dc.language.iso | az | en_US |
| dc.publisher | ADA University, Gazakh Center | en_US |
| dc.rights | Attribution-NonCommercial-NoDerivs 3.0 United States | * |
| dc.rights.uri | http://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/ | * |
| dc.subject | Education -- Finance. | en_US |
| dc.subject | Educational fund raising. | en_US |
| dc.subject | Education -- Economic aspects. | en_US |
| dc.subject | Public schools -- Finance. | en_US |
| dc.subject | School environment -- Psychological aspects. | en_US |
| dc.title | Ümumi Təhsil Məktəblərində Alternativ Maliyyə Axtarışları: Filantropist Təcrübələr | en_US |
| dc.type | Thesis | en_US |
The following license files are associated with this item: